Ziya Əliyev seçicilərlə görüşlərə şəhid ailəsini ziyarətlə başladı




46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Ziya Əliyev seçicilərlə görüşlərə şəhid ailələrini ziyarətlə başlayıb. Şəhidin evində olan deputatlığa namizəd onun ailə üzvləri ilə şəhidin həyatından və keçdiyi döyüş yolundan söhbət açıblar.

Ziya Əliyev bildirib ki, bütün şəhidlər Azərbaycan xalqının qürur və güvən mənbəyidir. Onlar ən ali, ən doğma münasibətə layiqdir.

Namizəd bildirib ki, şəhid ailələri Azərbaycanda yüksək dövlət qayğısı ilə əhatə olunublar.

Eyni zamanda Ziya Əliyev və seçki qərargahının üzvləri Şirvanda Şəhidlər xiybanını ziyarət edərək, şəhidlərin ruhuna dualar oxuyublar. anaxeber.info

Analoq.Azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi