ƏSAS SƏHİFƏ Ölkə Deputatlığa namizəd həkim Mübariz Əliyevin analoqu olmayan Facebook statusları

Deputatlığa namizəd həkim Mübariz Əliyevin analoqu olmayan Facebook statusları

Respublikamızda keçiriləcək 9 fevral parlament seçkilərində bu günə qədər namizədliyini irəli sürmüş bir çox namizədlərin sosial şəbəkələrdə maraqlı paylaşımları diqqəti cəlb edib.
Deputatlığa namizəd həkim Mübariz Əliyevin analoqu olmayan Facebook statusları
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən qeydə alınmış deputatlığa namizəd Əliyev Mübariz Yaqub oğlunun "Facebook" profilinə nəzər salsaq görərik ki,professor bir-birindən maraqlı paylaşımlar edir.

Əməliyyat zamanı çəkdirdiyi video, Goranboy rayonunda, Ağcakənddə Xocalı abidəsinin önündən şəkil paylaşaraq "Eşq olsun Xocalı qəhrəmankarına!" - deməyi
diqqəti cəlb edir. Bu arada qeyd edək ki,dünyasını dəyişənlərə eşq olsun demək olmaz.
Deputatlığa namizəd həkim Mübariz Əliyevin analoqu olmayan Facebook statusları
Daha sonra Mübariz Əliyev "Facebook" da qeyd edir ki,
20 Yanvar 1990-cı il şahidiyəm. Yüzlərlə yaralını ölüm pəncəsindən alıb həyata qaytardım. 20 yanvar qəhrəmanlıq səlnaməsidir. Allah şəhidlərimizə rəhmət eləsin.

Dəyərli namizədin nəzərinə yetirməyi özümüzə borc bilirik ki, 1990-cı il qanlı şənbə gecəsində küçələrə axışan əliyalın soydaşlarımıza yardım edənlər özlərini heç yerdə 20 yanvar şahidi kimi gündəmə gətirməyib və bu cür cılız şəkildə də özünü reklam etməyib. Ən azından bu bir vətəndaşlıq borcudur.
Deputatlığa namizəd həkim Mübariz Əliyevin analoqu olmayan Facebook statusları
Professor daha sonra səhifəsində babalari Cavad bəy və Xudadat bəyin 1918 - ildə Azərbaycan Demokratik Respublikasının Qurucuları olduğunu da qeyd edib.
Deputatlığa namizəd həkim Mübariz Əliyevin analoqu olmayan Facebook statusları
Deputatlığa namizədin digər statuslarının birini olduğu kimi təqdim edirik.Mübariz müəllim yazır ki, 20.01.2020. Bir gün ərzində Şəki, Zakatala, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında məskunlaşmış seçicilərimlə göruşüb söbət etdik. Mənim seçicilərim yalnız mənə səs verəcəklərini bildirdilər. Mən də bu ümümxalq məhəbbətinə biğanə qalmayacağam. Əliyevçi, Qarabağlı professor öz elində qalib gəlməlidi.
Deputatlığa namizəd həkim Mübariz Əliyevin analoqu olmayan Facebook statusları

Bu və bir necə statuslara diqqəti özünə çəkməyi bacaran Mübariz Əliyevin sosial şəbəkədə yazdığı statuslarda qrammatik səhvlərə də kifayət qədər rast gəlmək mümkündür.

Analoq.az deputatlığa namizəd Mübariz Əliyevin paylaşdığı bəzi postları təqdim edir:

Analoq.az


Deputatlığa namizəd həkim Mübariz Əliyevin analoqu olmayan Facebook statusları
Deputatlığa namizəd həkim Mübariz Əliyevin analoqu olmayan Facebook statuslarıскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu