ƏSAS SƏHİFƏ Ölkə "Mənim bir sifətim var"-Elman Nəsirov

"Mənim bir sifətim var"-Elman Nəsirov

"Qohumların arasında müxalifyönlü yoxdur. Amma uzaq qohumlar var ki, onların hansı mövqedə olmasından xəbərsizəm. Yaxın qohumlarımın hamısı Yeni Azərbaycan Partiyasının üzvləridir”.Bunu V çağırış Milli Məclisin deputatı Elman Nəsirov İctimai Televiziyada çıxışı zamanı deyib.

"Radikal müxalifət keçirdiyi mitinqlərlə sabitliyi pozmaq istəyirlər. Görəndə ki, o şəxslər xaricdəki ermənipərəst qüvvələrə xidmət edirlər, mən də insanam, emosionalam, ona görə də onlara qarşı çox sərt mövqedə dayanıram. Onların toylarına da getmirəm. Xatırlamıram ki, radikal müxalifətdən kiminsə toyuna gedəm və ya pul göndərəm. Belə hallar olmayıb, olmayacaq da. Mənim bir sifətim var, görəndə ki, o toyu edən şəxs Azərbaycanı dağıtmaq, ölkəni 1990-cı illərin əvvəllərinə qaytarmaq istəyir, belə olan halda, o insanla hansı ünsiyyətdən söhbət gedə bilər. Elə bir şəxsin toyuna getsəm, bilin ki, ikiüzlülük edirəm” – E.Nəsirov qeyd edib.Pravda.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu