ƏSAS SƏHİFƏ Ölkə "Fevralın 9-da rayonumuzda keçirilən seçki sizinlə bağlı təəssüratlarıma ciddi şəkildə xələl gətirdi"-Deputatlığa namizəd icra başçısına müraciət ünvanladı

"Fevralın 9-da rayonumuzda keçirilən seçki sizinlə bağlı təəssüratlarıma ciddi şəkildə xələl gətirdi"-Deputatlığa namizəd icra başçısına müraciət ünvanladı

Tanınmış jurnalist , 92 saylı Zərdab-Ucar dairəsindən namizədliyi qeydə alınmış Seyidli Jalə Mütəllim qızı Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalova müraciət ünvanlayıb.Analoq.az həmin müraciəti olduğu kimi təqdim edir:

Hörmətli Mərdan müəllim, siz, Zərdab rayonuna icra başçısı təyin ediləndə, sevinən media adamlarından biri də mən idim. İnanırdım ki, sayənizdə zərdablılar daha firavan günlərə çıxacaq, daha yaxşı yaşamağa başlayacaqlar. Əmin idim ki, sayənizdə Zərdab rayonu ölkədə qabaqcıllar sırasına çaxacaq. Keçmiş başçının rayona vurduğu maddi və mənəvi zərər aradan qaldırılacaq. Çünki siz Cənab Prezidentin islahatlar siyasəti nəticəsində yeri dəyişdirilən və vəziyyəti daha ağır olan rayona təcrübəli dövlət qulluqcusu olaraq təyinat almışdınız.

İlkin mərhələdə, Zərdab rayonunda başladığınız abaqdıq işlərini görəndə yanılmadığım düşüncəsində idim.

Ancaq fevralın 9-da rayonumuzda keçirilən seçki sizinlə bağlı təəssüratlarıma ciddi şəkildə xələl gətirdi. Bu Azərbaycan Prezidenti İlham Əliyev cənablarının siyasi kursunu dəstəkləyən vətəndaş, media adamı, yazar olaraq məni çox narahat edir.

Artıq məlum olduğu kimi seçki prosesində yol verilən saxtakarlıq və qanunsuzluqlarla bağlı onlarla faktı üzrə Mərkəzi Seçki Komissiyası sədrinin göstərişinə əsasən Zərdabda da araşdırmalar başlanıb.

İndi yerlərdən seçicilərdən aldığımız məlumata görə, sizin himayənizdə olan rəhbər şəxslər, o cünlədən yerli güc və təhlükəsizlik orqanlarının bəzi əməkdaşlarının "xidmətlərindən" istifadə edərək ayrı-aryı kəndlərdə insanlar hədələnir. Adamlara tapşırılır ki, seçki ilə bağlı bütün suallara "hər şey yaxşı keçib" cavabından başqa heş nə deyə bilməzlər. Əks halda nəticələr təsdiqini tapan kimi ciddi cəzalandırılacaqlar. Konkret adlar və ünvanlar bəllidir. Bu barədə aidiyyatı dövlət qurumlarına da ictimailəşdirmədən həmin şəxslərin video müraciətlərini yönləndirirəm.

Sizə müraciət etmək məqsədim odur ki, millətə və dövlətə xidmət göstərmək haqda ölkə başçısından aldığınız tapşırığı və verdiyiniz vədi unutmayın. On iki ilə ərzində keçmiş başçının təzyiqinə məruzqalan insanlara olan naxoşmünasibəti siz qaldığı yerdən davam etdirməyin.

Dəyərli Mərdan müəllim, səsi oğurlanan yüzlərlə zərdablı ilə hədə dilində danışmaq dövlətə də, ölkənin ali rəhbərliyinə də böyük xəyanətdir. Siz prosesin tam ədalətli olduğunu qardaşınız oğlunun namizədliyi ləğv olunduğu andan dəqiq bilirsiniz. Yni anlayırsınız ki, sizlərin hər birindən, daha ciddi və güclü nəzarət var prosesə.

O üzdən sizdən hər şeydən öncə insan olaraq ricam var, imkan verin ədalət və Azərbaycan dövləti, Prezidentin islahat siyasəti Zərdabda qələbə çalsın. Mən sizə yeni yətin olunduğunuzda "Zərdabı xilas etməyin yolları" adlı video müraciət etmişdim. Sonda qeyd eləmişdim ki, məmləkətin xırda məmur problemi üzündən insanlar sevgizis, diqqətsizdir Zərdabda. Sizi Zərdabda baş verən mübarizədə haqqın, dövlətin və təyinatınızı etmiş ölkə başçısının yanında görmək ən ümdə arzularımdandır.

Böyük hörmətlə, Seyidli Jalə Mütəllim qızı

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu