• 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 
  • 18:56 – Məhəmmədin Məhəmmədi... 
  • 21:02 – SDU-da “Açıq qapı” günü keçirildi 
  • 13:25 – HÜSEYN CAVİDİN «ANA» ƏSƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ 
  • 23:58 – Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir 

Metro istifadəçilərinə xəbərdarlıq edilib.

  • Tarix: 06.04.2016, 15:00,
  • Bölmə: Siyasət / Ölkə
  • Baxılıb: 5526
Metro istifadəçilərinə xəbərdarlıq edilib. Metro istifadəçilərinə xəbərdarlıq edilib. Metro istifadəçilərinə xəbərdarlıq edilib.


"Elmlər Akademiyası" stansiyasının I vestibülü aprelin 15-dən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq.

Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni"nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planının 2.4 bəndinə uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.

"Elmlər Akademiyası" stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün Sərəncama əsasən müvafiq qaydada dəyişdirilməlidir. Bunun üçün stansiyanın 1-ci vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.

Bütün bunları nəzərə alaraq, "Bakı Metropoliteni" QSC sərnişinlərə xəbərdarlıq edir ki, "Elmlər Akademiyası" stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

"Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV