Bakıda İŞİD üzvü 8 yaşlı uşağı girov götürdü

Bakıda İŞİD üzvü 8 yaşlı uşağı girov götürdü
Tarix: 11-05-2016, 13:04 Oxunma Sayı: 196 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


Bakıda İŞİD üzvü 8 yaşlı uşağı girov götürdü

O, 30 000 manat pul istəyib.

Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs 8 yaşlı uşağı girov götürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Analoq.az-a verilən məlumata görə, mayın 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmamasını bildirib.

Aparılmış araşdırmalarla özünü “İŞİD” üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30 000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə, onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmamış tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10