Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər » Bizim analoqumuz yoxdur!
 
  • 22:00 – Çörək bahalaşdı 
  • 15:30 – Ərdoğanla Makron telefonda nə danışıb? 
  • 13:09 – Qacmaq istəyirəm 
  • 21:30 – İcra başçısı məcburi köçkünlərə verilən evləri satır-Kəlbəcərdən olan məcburi köçkün 
  • 19:16 – Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 13:48 – Daimi nümayəndəliyinin rəhbəri Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiriylə görüşüb 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 

Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər

  • Tarix: 20.05.2017, 17:08,
  • Bölmə: Siyasət / Ölkə
  • Baxılıb: 5177
Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən "Region gəncləri arasında Azərbaycan tarixi mövzusunda olimpiadalar və intellektual oyunlar" layihəsi başa çatıb.
Layihə çərçivəsində 16-21 aprel 2017-ci il tarixlərində Qəbələ, Oğuz və Şəkidə tədbirlər təşkil edilib. Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini Anar Məhərrəmov layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan tarixini öyrənmə və öyrətmənin təbliği, gənclər arasında tariximizi öyrənmənin əhəmiyyətini diqqətə çatdırmaq, gənclər arasında tarixi abidələrimizi öyrənməyin və qorumağın təbliği və s. istiqamətinə yönləndirilib.
Layihənin eksperti Ümüdvar Həsənov gənclər arasında tariximizi öyrənmənin əhəmiyyətini diqqətə çatdırmaq, gənclərin şüurunda vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin bərqərar edilməsi, Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğu, tarix boyu yadellilərə qarşı mübarizəsi, müstəqillik uğrunda xalqımızın mübarizəsi, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, Azərbaycanın regionda lider ölkə olması, Cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, Heydər Əliyev fondunun tarixi abidələrimizin, milli mədəniyətimizin dünyada təbliği və qorunmasına qayğısı, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin artırılması, gənclər arasında milli mənlik şüurunun formalaşdırılması və s. haqqında geniş məlumat verdi.
Daha sonra Azərbaycan tarixi mövzusunda intellektual oyunlar təşkil edildi, qaliblər qiymətli hədiyyələr və diplomlar ilə təltif olunublar.

Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər
Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər
Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər
Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlər
Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilirlərскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV