Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi təbrik edib.



Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi 77 illiyi ilə münasibəti ilə təbrik edib.

APA-nın Qazaxıstan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti məktubda Qazaxıstan prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində Qazaxıstanın sosial-iqtisadi və mədəni inkişafını qeyd edib, Qazaxıstanın qlobal proseslərdə fəal iştirak etdiyini vurğulayıb.

İ. Əliyev Azərbaycanla Qazaxıstan arasında dostluq və mehriban qonşuluq ənənəsinin qorunmasında Qazaxıstan prezidentinin xidmətlərini yüksək qiymətləndirib: “İnanıram ki, bir-birinə tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında münasibətlər, tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gələcəkdə də dinamik və davamlı şəkildə inkişaf edəcək. Bu gözəl gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram”.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi