İdarə rəisinin intihar etmə səbəbləri-Fakt



iyulun 9-da Neft Daşlarında intihar hadisəsi qeydə alınıb. Bu gün səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb və nəticədə dünyasını dəyişib.

Modern.az-a daxil olan məlumata görə, M.Vəliyev növbəsi olmasına baxmayaraq, bu gün işə çıxmayıb.

Bu səbəbdən də rəisi onunla maraqlanmaq üçün digər əməkdaşı yataqxanaya göndərib. Məhz bu zaman M.Vəliyevin intihar etdiyi məlum olub.

Qeyd edək ki, intihar edən Məmməd Vəliyev ailəlidir, iki övladı var, Hövsan sakindiri. Ailə üzvlərinin hadisə vaxtı Qəbələdə olduğu bildirilir.

Günümüzdə intihar edən şəxs barədə məlumat daxil olan kimi onu ya xəstəlikdən, ya da kredit borcuna görə özünə qəsd etdiyi ehtimalları irəli sürülür.

Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı Modern.az-a açıqlamasında bu iddialarla razılaşmır:

“Hazırda nefçinin hansı səbəbdən intihar etdiyi araşdırılır. Vəzifəsi və əmək haqqı pis deyildi. Yəni kredit məsələsi deyil. Neftçilər hər il həkim müayinəsindən keçir, hansısa xəstəliyi olması da real görünmür. Çünki problemli xəstəni dənizə buraxmırlar. Yəni intihar sağlamlığı ilə də bağlı ola bilməz”.

Hazırda Pirallahı prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparır.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Prix Cialis Medicament Zithromax And Chlamydia Dog Pyometra Cephalexin sertatralinzoloft without prescription Cialis Mexican Pharmacy No Imatation Generic Cealis With No Script Comparateur Prix Cialis