• 19:30 – Elza yenə od püskürdü:"Bəzi müğənnilər efirə həsrət qalanda,qapımda kanallar dayanırdı ki,gəlmişik Ceylanı çəkək" 
  • 16:35 – Könül Xasıyeva həbs etdirdiyi müğənnini bağışlayıb 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 

7-ci sinif şagirdi"Bu dövlət bizə ulu öndərimiz Heydər Əliyevin ərməğanı və əmanətidir"

  • Tarix: 14.07.2017, 21:00,
  • Bölmə: Siyasət / Ölkə
  • Baxılıb: 5276
7-ci sinif şagirdi"Bu dövlət bizə ulu öndərimiz Heydər Əliyevin ərməğanı və əmanətidir" 7-ci sinif şagirdi"Bu dövlət bizə ulu öndərimiz Heydər Əliyevin ərməğanı və əmanətidir"
Bakı şəhərindəki 6 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Asiman Ayaz qızı Abdullazadə yaşadıqları binanın yaxınlığında mövcud tikinti normalarını pozmaqla "göydələn" inşa etdirən şəxslərin qanunazidd əməlləri nəticəsində valideynlərinin və qonşularının yaşadığı mənəvi-psixoloji gərginliyə dözməyərək, respublika ağsaqqallarından və ziyalılarından bir qrupuna müraciət edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərova, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, akademik Teymur Bünyadova, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, akademik Sudeyif İmamverdiyevə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovaya, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadəyə, Azərbaycan Memarlar İttifaqının katibi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovaya, Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyevə, SSRİ Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovaya, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevaya, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Əhliman Əmiraslanova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yevda Abaramova, Azərbaycan Yazıçılar Birliyininin sədri, Azərbaycanın Xalq yazıçısı Anar Rzayevə, Azərbaycanın Xalq şairi Nəriman Həsənzadəyə, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlıya, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevə ünvanlanmış müraciətin bir surəti də redaksiyamıza göndərilib.

Müraciəti oxuculara təqdim edirik.

Əziz və çox hörmətli ağsaqqallar,xalqımızın böyük ziyalıları!

Sizə müraciət edərkən hədsiz dərəcədə həyəcan keçirir, bu müraciəti necə qarşılayacağınızı düşünürəm.

Bilirəm ki, hər biriniz peşə fəaliyyətiniz,xidməti işlərinizlə yanaşı,çox mühüm ictimai missiya da yerinə yetirirsiniz.

Ancaq mənim - məktəbli bir qızın narahatlığına, mənəvi-psixoloji gərginliyinə səbəb olan vəziyyətə diqqətlə yanaşacağınıza, bu vəziyyəti yaradan səbəblərin aradan qaldırılmasında yardımçı olacağınıza ümidim var.

Mən müstəqil Azərbaycanda dünyaya gəlmişəm və ağlım kəsəndən dərk etmişəm ki, biz azadlığın, hüquq bərabərliyinin, haqqın-ədalətin mövcud olduğu bir ölkənin vətəndaşıyıq. Bu dövlət bizə ulu öndərimiz Heydər Əliyevin ərməğanı və əmanətidir.

Onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dövlətimizin güclənməsi, xalqımızın daim yaxşı yaşaması, hər bir insanın özünə layiqli həyat şəraiti qura bilməsi üçün çalışır, qətiyyətli addımlar atır.

Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər biz yeniyetmələri də qəlbən fərəhləndirir. Biz dövlətimizin böyüməkdə olan nəslin xoşbəxt gələcəyi üçün ciddi təminatlar yaratdığını görürürük.

Vətənimizi ürəkdən sevirik, dövlətimizi qorumaq, ölkəmizi inkişaf etdirmək üçün indidən zəruri bilik və bacarıqlara yiyələnirik.

Lakin çox təəssüf ki, ölkəmizdəki azadlıqdan, sərbəst iqtisadi fəaliyyət göstərmək imkanlarından sui-istifadə edənlər,ictimai birgəyaşayış normalarına məhəl qoymayaraq,vətəndaş hüquqlarını tapdalayanlar, başqalarına mənəvi iztirab yaşadanlar da tapılır.

Mən də ailəmizin və qonşularımızın üzləşdiyi belə qeyri-qanuni münasibətdən hədsiz narahatlıq keçirirəm.

Biz Bakı şəhərinin Nərimanov rayonunda, Nəcəf Nərimanov küçəsindəki 909-cu məhəllədə, 5A saylı 12 mərtəbəli binada yaşayırıq.

Buraya köçərkən ağlımıza gəlməzdi ki, yeni mənzilimizdəki firavanlığa kimlərsə sui-qəsd edəcək, burada hüzur və sakitlik içərisində, sağlam mənəvi-psixoloji şəraitdə ömür sürməyimizə, arzu və xəyallarımızı gerçəkləşdirməyimizə mane olmağa cəhd göstərəcək.

Ata-oğul Əvəz və Rəmzi Şükürovlar məhz belə etdilər. Onların bütün mövcud tikinti normalarını pozaraq, binamızdan cəmi 6 metrlik məsafədə hündür mərtəbəli binanın təməlini qoyduqları gündən tək bizim ailə deyil, bütün qonşularımız rahatlığını itirdi.

Tikintinin dayandırılması üçün ailə böyüklərimiz aidiyyəti dövlət orqanlarına dəfələrlə şikayət etsələr də, Şükürovları bu qeyri-qanuni əməldən çəkindirməyə gücü çatan yoxdur.

Binamızın sakinlərinin iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tikintini dayandırmadan bu işi araşdırmaq barədə qərar çıxarıb.

Lakin Bakı Apellyasiya Məhkəməsi tikintinin dayandırılması barədə sakinlərin şikayətini təmin edib. Bununla belə, məhkəmənin qərarı icra edilmir, Şükürovlar tikintini dayandırmırlar.

Tikintini davam etdikcə isə hamı binanın gələcək vəziyyətini göz önünə gətirir, cəmi 6 merlik məsafədə ucaldılan yeni binanın yaratdığı mənəvi-psixoloji rahatsızlıq nəticəsində öz mənzilində bundan sonra necə pis əhval-ruhiyyədə yaşayacağını düşünür.

Biz yeniyetmələr valideynlərimizin haqq-ədalətə inamlarını itirib, əsəb sarsıntısı keçirməsindən mənəvi iztirab çəkirik. Onlar qanuni hüquqlarını müdafə etməkdə aciz qaldıqları üçün övladlarının gözünün içinə baxa bilmirlər.

Əziz ağsaqqallar və ziyalılar!

Valideynlərinin ağrı-acısını öz qəlbindən keçirən hər bir övlad kimi mən mövcud qanunlarımıza məhəl qoymayan, vətəndaşların haqqını tapdalamaqdan qorxmayan adamlara dövlətimizin öz gücünü göstərməsini istəyirəm.

Buna görə də xalqımızın ən hörmətli nümayəndələri,Möhtərəm Prezidentimizin yüksək etimad göstərdiyi nüfuzlu ictimai xadimlər kimi sizlərə üz tutur,Əvəz və Rəmzi Şükürovların qanunazidd əməlinin yaratdığı gerçək vəziyyəti öz gözlərinizlə görüb, ailəmizin və qonşularımızın düşdüyü vəziyyətə şahid olmağınız üçün sizləri evimizə qonaq dəvət edirəm.

Gəlin, qanuni hüquqlarımızın pozulmasının qarşısının alınması, dövlətimizin qanunlarına məhəl qoymayan adamların ictimai qınağa məruz qalması üçün bizə mənəvi dəstək verin!

Hər birinizə dərin hörmət və ehtiramımı bildirirəm.525.az

7-ci sinif şagirdi"Bu dövlət bizə ulu öndərimiz Heydər Əliyevin ərməğanı və əmanətidir"скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV