• 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 
  • 18:56 – Məhəmmədin Məhəmmədi... 
  • 21:02 – SDU-da “Açıq qapı” günü keçirildi 
  • 13:25 – HÜSEYN CAVİDİN «ANA» ƏSƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ 
  • 23:58 – Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir 

Bərzanini dəstəkləyən məmur özünə haqq qazandırır

Bərzanini dəstəkləyən məmur özünə haqq qazandırır Bərzanini dəstəkləyən məmur özünə haqq qazandırır
Azərbaycanda söz azadlığıdır, hərə ağzına gələni danışır. Mən də olanı danışmışam. Mənim dediklərim separatçılıq deyil, söz azadlığıdır”. Femida.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Facebook” sosial şəbəkəsində Şimali İraq Kürdüstan Muxtariyyətində müstəqilliklə bağlı referenduma, İraqda kürd separatizminə dəstək verən Laçın rayonu İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev deyib.“Facebook” sosial şəbəkəsindəki səhifəsində Laçın rayon İcra Hakimiyyətində çalışdığını qeyd edən F. Tanirverdiyev rəsmi şəxs kimi Azərbaycanın milli və dövlət maraqlarına zidd olan separatizmə dəstəklə bağlı mövqeyinə aydınlıq gətirməsi barədə ona sual ünvanlayan APA İnformasiya Agentliyini məhkəməyə verməklə də hədələyib:

“Mən rəsmi şəxsəm, siz rəsmi dövlət orqanısınız ki, sizə açıqlama verim? Rəsmi orqanlar çağırar, gedib açıqlama verərəm. Siz Dövlət Təhlükəsizliyi Xidmətisiniz, Daxili İşlər Nazirliyisiniz? Əgər mənə desələr ki, çıx, açıqlama ver, görəcəksiniz ki, mən kimsədən qorxmadan, çəkinmədən o açıqlamanı verəcəm. Məni separatçı kimi görürsünüzsə, gedin, məhkəməyə verin. Mən bunu separatizm kimi görmürəm".

Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV