• 18:30 – Sadlq Qarayev:“Mənim əsərimi təhlil etmək gücündə olan tənqidçi yoxdur” 
  • 17:00 – İsrail rəsmisi Ermənistandan imtina etdi 
  • 14:30 – Əli Mirəliyev:"Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar..." 
  • 13:00 – ABŞ-ı həyacanlandıran silah 
  • 11:00 – Vyetnam prezidenti vəfat edib 
  • 10:00 – Mehriban Əliyeva NATO baş katibinin müavini ilə görüşüb 
  • 21:00 – Vüsal Əliyev məndən 1300 dollar aldı qaytarmadı-Efirə çıxan tamaşaçı 
  • 13:30 – Galenvagen” “protiv” gedir, Binəqədi polisi inkar edir 

Metroda ehtiyatlı olun -Yoxsa bu adamlarla qarşılarsınız

  • Tarix: 10.10.2017, 10:49,
  • Bölmə: Ölkə / Kriminal
  • Baxılıb: 5584
Metroda ehtiyatlı olun -Yoxsa bu adamlarla qarşılarsınız Metroda ehtiyatlı olun -Yoxsa bu adamlarla qarşılarsınız
Ruhanə Quliyevanın “28 May” stansiyasında “Samsung J5” markalı telefonunun oğurlanması ilə bağlı etdiyi müraciətdən sonra texniki imkanlardan da istifadə edərək müvafiq əməliyyat axtarış-tədbirləri həyata keçirən Metropolitendə Polis Şöbəsinin əməkdaşları oğrulardan birini “iş başında” yaxalayıblar və növbəti əməlini törətməyə imkan verməyiblər.Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, sentyabrın 27-də təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşamıış, paytaxtın Nizami rayonunun sakini Kənan İsmayılov metropolitenin “Neftçilər” stansiyasının yaxınlığında saxlanılıb.

K.İsmayılov tutarlı faktlar və videogörüntülərdən sonra əməlini etiraf edib. Məlum olub ki, o, tək yox, əməlini bir neçə nəfərlə həyata keçirib. Dəstənin digər üzvləri - əvvəllər Cinayət Məcələsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Nizami rayonunda yaşayan Hikmət Yusubov sentyabrın 29-da, əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Fəqan Qafarov oktyabrın 4-də, dəstənin başçısı, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, Bərdə rayon sakini Möhübbət Əliyev oktyabrın 5-də Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Metopolitendə Polis Şöbəsi əməkdaşlarının gərgin zəhməti nəticəsində qanuna təslim ediliblər.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar ötən müddət ərzində Bakı şəhərində müxtəlif cinayətlər törədiblər.Şəkillərdəki şəxslərin əməllərindən zərərçəkənlər polisə müraciət edə bilərlər.
Metroda ehtiyatlı olun -Yoxsa bu adamlarla qarşılarsınız

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV