• 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 
  • 18:56 – Məhəmmədin Məhəmmədi... 
  • 21:02 – SDU-da “Açıq qapı” günü keçirildi 
  • 13:25 – HÜSEYN CAVİDİN «ANA» ƏSƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ 
  • 23:58 – Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir 

Azərbaycan əleyhinə təbliğat aparan blogerlər Azərbaycana gətirilə bilər

  • Tarix: 05.03.2018, 23:00,
  • Bölmə: Manşet
  • Baxılıb: 52 598
Azərbaycan əleyhinə təbliğat aparan blogerlər Azərbaycana gətirilə bilər Azərbaycan əleyhinə təbliğat aparan blogerlər Azərbaycana gətirilə bilər
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov xarici ölkələrdə yaşayan bir qrup müxalifətçi blogerlərin ölkə prezidentinə qarşı apardığı qarayaxma kampaniyalarına cavab verib.S.Novruzov "Ölkə.Az"a açıqlamasında deyib ki, həmin şəxslər erməni mərkəzlərindən müvafiq tapşırıqlar alaraq, Azərbaycan xalqı və dövləti əleyhinə təxribat kampaniyaları həyata keçirirlər:

“Hər dəfə Azərbaycanda prezident seçkiləri ərəfəsində buna bənzər hallar mövcud olur. Həmin şəxslər erməni lobbisi tərəfindən maliyyə alaraq, Azərbaycanda keçiriləcək prezident seçkilərinə kölgə salmağa çalışırlar. Həmin qüvvələrə Azərbaycanda bir neçə siyasi partiya da dəstək verir.

Bütün bu addımların atılmasında əsas məqsəd Azərbaycanda keçiriləcək azad, demokratik və şəffaf prezident seçkilərinə indidən kölgə salmaqdır”.

S.Novruzov qeyd edib ki, artıq Azərbaycanda bir neçə şəxs prezidentliyə namizədliyini irəli sürüb:

“Onların arasında müxalifət partiyaları da təmsil olunur. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda siyasi mövqeyindən asılı olmayaraq, prezident olmaq istəyən bütün şəxslərə bərabər şərait yaradılıb.

Seçki Məcəlləsinin tələblərinə cavab verən istənilən Azərbaycan vətəndaşı seçkilərdə namizədliyini irəli sürüb iştirak edə bilər.

Bunun üçün heç bir əngəllər mövcud deyil. Çox təəssüf ki, bəzi qüvvələr Azərbaycanda yaradılan bu cür demokratik şəraiti pozmağa və təxribatlar yaratmağa çalışırlar. Bununla da həmin qüvvələr Azərbaycan dövlətinin milli maraqlarına zərər vururlar.

Şübhəsiz ki, Azərbaycan dövlətinin maraqlarına zərbə vurmaq istəyən şəxslər erməni lobbisinin tapşırıqlarını yerinə yetirirlər”.

YAP rəsmisi vurğulayıb ki, Avropada Azərbaycan xalqı əleyhinə təxribat və qarayaxma fəaliyyəti aparan blogerlərin Aleksandr Lapşin kimi Bakıya ekstradisiyası da mümkün ola bilər:

“Qarşılıqlı ekstradisiya ilə bağlı əməkdaşlıq müqavilələri olan hər bir ölkədən cinayət törətmiş şəxslərin Azərbaycana gətirilməsi mümkündür. Bu müqavilələrə uyğun olaraq, Azərbaycan qanunları ilə cinayət törətmiş şəxslər Azərbaycana gətirilə bilər. Çünki heç kəsin ixtiyarı yoxdur ki, ayrı-ayrı şəxsləri və onların ailə üzvlərini təhqir etsin.

Bu, cinayət əməlidir. İndiyədək bir nəfər deyə belə Azərbaycan hakimiyyətinin müxalifət nümayəndələri və onların ailəsi haqqında təhqiramiz ifadələr işlətməsini deyə bilməz.

Bunu bundan sonra da heç kəs eşitməyəcək. Bilirsiniz, siyasi mübarizə və siyasəti əxlaq normaları çərçivəsində aparmaq lazımdır.

Bunu etməyəndə isə həmin qüvvələr ilk növbədə Azərbaycan xalqını, cəmiyyətini və dövlətçiliyi təhqir etmiş olurlar. Bu cür hərəkətlərlə həmin qüvvələr Azərbaycan dövlətinə və xalqına qarşı müxalifətçilik edirlər”.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV