Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir » Bizim analoqumuz yoxdur!
 
  • 13:00 – Xalq artisti: "Əgər Canəli Əkbərov kimi bir sənətkar bu gün görünmürsə...." 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 
  • 22:00 – Çörək bahalaşdı 

Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir

  • Tarix: 08.06.2018, 23:58,
  • Bölmə: Siyasət / Ölkə
  • Baxılıb: 51 145
Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir
Son günlər Qazax rayon İcra başçısı Rəcəb Babaşov haqqında media və xəbər saytları qərəzli və sifarişli yazılar dərc edir. Yazılan başlıqlar, xəbərdə verilən məlumatlar sırf böhtan xarakterlidir. Çünki birincisi göstərilən məlumatlar və şikayətçinin dəqiq ünvanı göstərilmir. Şikayətçi şəxslərin adları qeyd olunmur.

Bu cür sifarişli böhtan xarakterli yazıları sifariş edənlər Qazax rayonunda gedən yeniliklər, hər tərəfli inkişaf, obyektiv siyasi fəaliyyət, məmur özbaşınalığının aradan qaldırılması, rüşvətin yığışdırılması və digər fəaliyyətləri görməzdən gələrək bu cür işləri gözləri götürməyəndir.

Rəcəb Babaşov gələn ilk gündən Qazax rayonunda hərtərəfli inkişaf özünü göstərib. Bu insan demək olar ki, günün 24 saatını əhalinin sosial, maddi və digər sahələrinə ayıraraq gecə-gündüz əzmkarlıqla çalışır. Vətəndaş amili ön plandadır. Günün istənilən vaxtı vətəndaş icra başçısıyla fərdi olaraq görüşə bilir öz problemini deyə bilir və bu bir reallıqdır. Bunu Qazax rayon camaatı da hər biri təsdiq edə bilər. Qazax rayon camaatı da yaxşı bilir ki, Rəcəb Babaşov cənabları xalqın içindədir.

Elə bir sahə yoxdur ki, ona nəzarət etməsin və onu diqqət mərkəzində saxlamasın. Elin gözü tərəzidir. El arasında bir misal var milçək mundar olsada könül bulandırır. Hamı bilir ki, qərəzli yazılar həqiqət deyil. Sırf böhtan xarakterlidir.

Cənab başçının təmiz vicdanlı işinə kölgə salmaqdır, onu ləkəməkdir. Bu cür xalq üçün çəkilən əziyyəti və fədakarlığı bu cür qiymətləndirmək düzgün deyil. Ən azından yazanda həqiqəti yazmaq və vicdanla yazmaq lazımdır. Cənab Başçı rayonumuzun inkişafında çox böyük işlər görüb. Misal olaraq: bütün binaların əsaslı şəkildə daxili və xarici fasadları bərpa olunub, yaxın və uzaq kəndlərə və ələxsus sərhəd kəndlərə yenidən asfalt örtüyü döşənib, kəndlərə su xəttləri çəkilib, arteziyan quyuları qazılıb, kənd təsərrüfatı sürətlə inkişaf edir, tütünçülük, baramaçılıq, kartofçuluq və digər sahələr inkişaf elətdirilir. Yeni fermer təsərrüfatları yaradılaraq işsiz vətəndaşlar işlə təmin olunur. Baxçaların geniş şəkildə təmir-tikintisi davam edir. Təmir olunan bir çox tikililərlə yanaşı Xanlıqlar və Kosalar kəndləri də daxil olmaqla 12 baxçanın da təmir-tikintisinə start verilib. Rayonda quruculuq işləri surətlə davam edir.

Bu cür işləri görən şəxs haqqında bu böhtanları dilə gətirmək belə özü böyük vicdansızlıqdır. Mən bir azad araşdırmaçı və rayon sakini olaraq bu haqsızlığa susmağa vicdanım yol vermədi və bu səbəbdən mən bu məqaləni yazdım. Bu media və xəbər saytları haqqında ciddi araşdırma aparmaq lazımdır. Qanunla hüquqi ölçü götürülməlidir. Hətta ən ağır halda cinayət məsuliyyətinə görə cəlb olunmalıdır. Çünki Azərbaycan Respublikası Konistitusiyasında informasiya və jurnalistika haqqında qanunda öz əksini tapır.

Orxan SƏFƏROV müstəqil araşdırmaçı-jurnalist
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV