Bizi izləməyi unutmayın

#Ölkə

Sumqayıtda 18 fəal saxlanıb

17-07-2018, 12:00 | 4272 dəfə baxılıb.

Sumqayıt şəhərində hüquq-mühafizə orqanları qətiyyət və peşəkarlıqla həyata keçirdikləri əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanıb.

Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar: “Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilib, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunub və planları tam aşkara çıxarılıb, məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib”. Hüquq-mühafizə orqanlarından hazırda əməliyyatın davam etdiyi bildirilib. Xatırladaq ki, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq etmişdi.

Xaricdən idarə olunan radikal dini qrupların növbəti hədəf olaraq Sumqayıtı seçməsi hansı zərurətdən yaranıb? Niyə bu çirkin məqsədin həyata keçirilməsi üçün başqa şəhər deyil, məhz Sumqayıt seçilib?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Gəncə şəhərində baş vermiş məlum hadisə – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsd, ilk növbədə qarşıya suallar çıxarmış oldu: “Bu suallardan ən başlıcası belə idi – cinayət hansı səbəbdən törədilmişdi? Yəni törədilən hər hansı bir cinayətin motivi olur. İndiki halda, hadisənin törədilmə səbəbləri, onun motivi bəlli olmadığından, çaşqın bir vəziyyət yaranmışdı.

İlk günlər Yunis Səfərovun törətdiyi cinayət əməlinə müxtəlif şərhlər verilməklə yanaşı, baş vermiş hadisə haqqında bir-birinə zidd olan, bir-birini təkzib edən fikirlər də səsləndirilməkdə idi. Hətta bəzi rəsmilərin belə məsələyə münasibəti müxtəlifliyi ilə seçilirdi.

Kimisi onu DTK agenti, kimisi “Mossad”, kimisi İran casusu və s. adlandıraraq hətta ən absurd fikirlər söyləməkdən belə çəkinmirdi. Sosial şəbəkələrdə Yunis Səfərovun az qala qəhrəman elan edilərək, əməlinin təqdir olunması isə artıq bütün etik norma çərçivələrindən kənara çıxır, heç də yaxşı presedent vəd etmirdi.

İlk günlərdə ictimai coxluğun gəldiyi qənaət cinayətin məhz şəxsi zəmində törədilməsi fikrinə köklənmişdi və bu da təbii idi. Baş vermiş hadisə haqqında məlumatların yox dərəcəsində olması, bu hadisə haqqında müxtəlif şayiə və versiyaların dolaşması vəziyyətin daha da təhlükəli həddə yaxınlaşmasına gətirib çıxara bilərdi.

Doğrudan da insanın hadisəni törədərək faktiki təslim olması müxtəlif sualların ortaya çıxmasına şərait yaradırdı. Əgər bu, terror aktı idisə və dövlət əleyhinə, Azərbaycanda gərginlik yaradılması naminə atılmış bir addım idisə, nəyə görə davamiyyətli deyildi?

Suallar öz cavabını çox da gözlətmədi. Artıq bir neçə gündən sonra sosial şəbəkə vasitəsilə təhrikedici çağırışların yayılması və bunun sonda Gəncə şəhərində nə ilə nəticələndiyi hamımıza məlumdur.

Təqribən bir neçə gün bundan öncə Sumqayıt şəhərində də iğtişaşlar yaratmaq naminə edilmiş çağırışların sosial şəbəkələrdə yayılmasının şahidi olduq. Təqdirəlayiq haldır ki, vaxtında atılmış addımlar sayəsində bu şəhərdə törədilə biləcək təxribatların qarşısı vaxtında alındı. Buradan ortaya başqa bir sual da çıxmış olur. Bu iğtişaşların törədilməsi, təxribat planlarının hazırlanması üçün niyə məhz Sumqayıt şəhəri məkan olaraq seçilmişdi?

Bildiyimiz kimi, Sumqayıt şəhərində bundan öncəki vaxtlarda da dini radikal qüvvələrə qarşı müxtəlif tədbirlər həyata keçirilib. Məhz bu şəhərdə müxtəlif radikal məzhəb və təriqət üzvlərini özündə birləşdirən, təşkilatlanmış mexanizm mövcuddur və onların məhz bu bölgədə digər bölgələrlə müqayisədə azad hərəkət etməsi üçün daha münbit şərait var.

Bundan əlavə, məlum erməni-azərbaycanlı qarşıdurmasının məhz Sumqayıtda daha qanlı şəkil alması, baş verənlərin dünya mətbuatında birtərəfli şəkildə Azərbaycan əleyhinə işıqlandırılması hamımızın yadındadır. Belə tanınmış şəhərin hədəf olaraq seçilməsində erməni izi də sezilir.

İndiki halda da məhz bu şəhərdə iğtişaşların törədilməsi və bunun dünya mətbuatına Azərbaycan əleyhinə material olaraq ötürülməsi birbaşa Ermənistanın maraqlarına xidmət etmiş olardı. Əlbəttə, bütün baş verən hadisələrdə Ermənistan xüsusi xidmət orqanlarının da barmağının olmasını istisna etmək olmaz”.

Məhəmmədəli QƏRİBLİ
Azinform.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Norveçdə terror təhlükəsi: 500 uşaq evakuasiya edilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ölkə

Penitensiar xidmətin birinci müavini təyin olundu.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Siyasət

İşid Qafqaza gəlmək istəyirmi?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının