Milli Qəhrəman Allahverdi Bağırovun qəbiri dağıdılıdı » Bizim analoqumuz yoxdur!
 
  • 22:00 – Çörək bahalaşdı 
  • 15:30 – Ərdoğanla Makron telefonda nə danışıb? 
  • 13:09 – Qacmaq istəyirəm 
  • 21:30 – İcra başçısı məcburi köçkünlərə verilən evləri satır-Kəlbəcərdən olan məcburi köçkün 
  • 19:16 – Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 13:48 – Daimi nümayəndəliyinin rəhbəri Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiriylə görüşüb 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 

Milli Qəhrəman Allahverdi Bağırovun qəbiri dağıdılıdı

  • Tarix: 29.07.2018, 23:16,
  • Bölmə: Siyasət / Ölkə
  • Baxılıb: 5675
Milli Qəhrəman Allahverdi Bağırovun qəbiri dağıdılıdı Milli Qəhrəman Allahverdi Bağırovun qəbiri dağıdılıdı
Tanınmış alim,BDU-nun erməni araşdırmaları mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi erməni mənbələrindən əldə etdiyi məlumata görə,milli qəhrəman Allahverdi Bağırovun qəbirinin dağıdılmasıyla bağlı məlumat paylaşıb.İsmayıl Tanrıverdinin statusunu olduğu kimi təqdim edirik:

ƏZİZ DOSTLAR,İnanmayacaqsınız, amma gördüyünüz bu abidə-qəbir daşı bu günlərdə AĞDAMDA Milli qəhrəman ALLAHVERDİ BAĞIROVun ŞƏHİD düşdüyü yerdə keçmiş erməni dostları tərəfindən hələ 1994-cü ildən qoyulub.

Bu il AĞDAMIN işğalı günlərində abidə yenilənib və yanına gül-çiçəklər qoyulub.

Erməni hərbi operator Arşak Zakaryan 2 gün öncə bunu araşdırdıqda şoka düşüb və bütün Ermənistana car çəkib ki, "Ay aman qoymayın ermənilər erməni torpağında onların düşməninə abidə - qəbir daşı qoyublar."

Xankəndindən gələn bir qrup erməni qəbir daşını aparıblar şəhərin lap mərkəzinə. Başlayıblar daşdan heyf almağa. Daşı param-parça etdikdən sonra Razmikin axtarışına çıxıblar. Məlum olub ki, Razmik də açıq-aşkar xalqa müraciət edərək bildirib ki, Düzdür, o abidəni mən dostlarımla birlikdə düzəltmişik. Biz ALLAHVERDİ ilə gənclik dostu olmuşuq. Hətta birlikdə futbol komandasında oynamışıq. Lakin müharibə başlayarkən biz məcburən bir-birimizə qarşı barrikadalarda dayanmalı olduq. (Eyni ilə C. Cabbarlının "1905-ci ildə" əsərindəki kimi...) Sonra yenə də görüşüb əsirlərin dəyişdirilməsində və s. iştirak edirdik.

Dostlar, qəbir daşının üzərinə yazılmışdı: (Kiril hərfi ilə)
АЛАВЕРДИ
ТЕЙМУР ОГЛЫ
БАГИРОВ
1946 - 1992
произв. гожа Гартал
он был настоящим другом
от Размика Петросяна
и ДРУЗЕЙ


PS
İsmayıl Tanrıverdi bildirib ki,Razmiki bu dəqiqələrdə MTX-yə çağırıblar.
Analoq.az
Milli Qəhrəman Allahverdi Bağırovun qəbiri dağıdılıdı
Milli Qəhrəman Allahverdi Bağırovun qəbiri dağıdılıdı
Milli Qəhrəman Allahverdi Bağırovun qəbiri dağıdılıdı

Analoq.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV