Gediş haqlarının qaldırılması müəllimlərə, həkimlərə, jurnalistlərə ağır zərbədir-Deputatın açıqlaması » Bizim analoqumuz yoxdur!
 
  • 22:00 – Çörək bahalaşdı 
  • 15:30 – Ərdoğanla Makron telefonda nə danışıb? 
  • 13:09 – Qacmaq istəyirəm 
  • 21:30 – İcra başçısı məcburi köçkünlərə verilən evləri satır-Kəlbəcərdən olan məcburi köçkün 
  • 19:16 – Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 13:48 – Daimi nümayəndəliyinin rəhbəri Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiriylə görüşüb 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 

Gediş haqlarının qaldırılması müəllimlərə, həkimlərə, jurnalistlərə ağır zərbədir-Deputatın açıqlaması

  • Tarix: 06.08.2018, 17:02,
  • Bölmə: Siyasət / Ölkə
  • Baxılıb: 5728
Gediş haqlarının qaldırılması müəllimlərə, həkimlərə, jurnalistlərə ağır zərbədir-Deputatın açıqlaması Gediş haqlarının qaldırılması müəllimlərə, həkimlərə, jurnalistlərə ağır zərbədir-Deputatın açıqlaması
İctimai nəqliyyatda gediş haqlarının qaldırılması səbəbini müəyyən etmək mümkün deyil".Demokrat.Az xəbər verir ki, bunu Tarif Şurasının bu il iyulun 30-da qəbul etdiyi qərarla ictimai nəqliyyatda gediş haqlarının 50 faiz bahalaşmasını şərh edən deputat Fazil Mustafa bildirib.F.Mustafa vurğulayıb ki, gediş haqlarının qaldırılmasından ötrü səbəb görmür:

"Neftin qiyməti sahəsində böhran yoxdur, manat dollara nisbətdə sabitliyini saxlayır, əhalinin rifah halında dəyişiklik yoxdur, yəni maaşlar qaldırılmayıb, gəlirlər artmayıb. Buna görə də düşünürəm ki, gediş haqlarının qaldırılmasına ehtiyac yox idi".

Deputat rəsmilərin hətta qiymətlər artırıldıqdan sonra da Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının bir sıra MDB və Avropa ölkələrindən ucuz olması haqqında deyilənlərə də münasibət bildirib.

O vurğulayıb ki, bunu deyənlər Avropada maaşların Azərbaycanla müqayisədə 10 dəfəyə qədər çox olmasını da nəzərə almalıdırlar:

"Bu, ilk növbədə müəllimlərə, həkimlərə, elə jurnalistlərin özlərinə ağır zərbədir".

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV