"Jurnalistə edilən qəsd birbaşa demokratiyaya edilən qəsddir" - Rafael Cəbrayılov



Bu gün bütün dünyada media dördüncü hakimiyyət hesab olunur. Azərbaycanda da media dördüncü hakimiyyət hesab olunsa da, bir çox məmurlar tərəfindən buna məhəl qoyulmur. Məmurlar və biznesmenlər üçün "İnformasiya əldə etmək haqqında Qanun” və digər bu kimi qanunların əhəmiyyəti yoxdur. Ziya Məmmədovun nazir olduğu dönəmdə aparıcı qəzetlərdən birinin əməkdaşı idmançılar tərəfindən döyülmüşdü. Yasamal rayonunun daha öncəki icra başçısının vəzifədə olduğu dönəmdə isə qadın jurnalistə güc tətbiq edilmişdi. Bir müddət öncə isə "Xəzər TV”nin əməkdaşı Hacı Mazan adlı biznsmən tərəfindən döyülüb.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsini üzvi, millət vəkili, hüquqşünas Rafael Cəbrayılov Sfera.az-a açıqlamasında mövcud problemlərə toxunub. R.Cəbrayılov bildirib ki, demokratiyanın vəziyyəti KİV-lə birbaşa əlaqəlidir:

"Demokratiyanın vəziyyəti cəmiyyətdə mövcud olan Kütləvi İnformasiya Vasitələrinin vəziyyəti ilə birbaşa əlaqəlidir. KİV-in durumu necədirsə, demokratiya da o səviyyədədir. Cəmiyyətdə demokratiya uğrunda çalışan çox peşə sahibləri var. Amma KİV nümayəndələri olan jurnalistlər demokratiya uğrunda sanki döyüşə atılırlar və ən azından xəsarət alırlar. Ona görə də demokratiyanı jurnalistlər, KİV nümayəndələri sanki çiyinlərində daşıyıb gətirirlər. Başqa elə bir peşə sahibi göstərə bilməzsiz ki, demokratiya uğrunda jurnalistlərin apardığı mücadilə qədər açıq mücadilə apara bilsin. Bu onların birbaşa peşə vəzifəsinə çevrilib. İstənilən cəmiyyəti analiz etsəz, görərsiz ki, cəmiyyətin o sferasında korrupsiya, rüşvətxorluq, özbaşınalıq və digər əyintilər mövcuddur ki, cəmiyyətin həmin hissəsi jurnalistikanın işığından kənarda qalıb, KİV-in bu hissəyə əlçatanlığı yoxdur. Buna görə də cəmiyyətdə bu cür qanunsuzluqların tərəfdarı olan, əməlləri qanunla bir araya sığmayan insanlar həmişə jurnalistikanın işığının onun fəaliyyət sferasına düşməməsinə çalışırlar”.

R.Cəbrayılov qeyd edib ki, jurnalistə hücum birbaşa demokratiya hücumdur:

"Jurnalistə edilən qəsd birbaşa demokratiyaya edilən qəsddir. Demokratiya elə bir nemətdir ki, bütün bir xalqa, mənsub dəyərdir. Demokratiyaya edilən hücum eyni zamanda cəmiyyətin özünə, onun gələcəyinə qarşı olan hücumdur. Bizim mükəmməl qanunvericilik bazamız var. O hücumun xarakterindən və hüquqi nəticələrindən asılı olaraq inzibati xətadan tutmuş cinayət məsuliyyətinədək məsuliyyət yaranır. Əgər jurnalist həqiqətən də döyülübsə, bədən xəsarəti alıbsa, maddi ziyan çəkibsə, sözsüz ki, qarşı tərəfin cəzası mülki qaydada ödəniləcək, həm də vurulan ziyandan asılı olaraq inzibati tənbeh, yaxud da cinayət cəzası yaranacaq.

Jurnalistlərin tərəfini necə saxlayıramsa, eyni zamanda şərəf və ləyaqətin də o cür qorunmasının tərəfdarıyam. İnsanın şərəf və ləyaqəti yoxdursa, o insan özü ağırlığında gərəksiz ətdən və sümükdən ibarətdir. İnsanın şərəf və ləyaqəti onu bir insan kimi zinətləndirir. Konstitusiyada yazılır ki, şəxsiyyətin ləyaqəti qanunla qorunur. Bəzən bu ifadə anlaşılmır. Şəxsiyyət insanın özünə verdiyi qiymət, ləyaqət isə cəmiyyətin insana verdiyi qiymətdir. Ləyaqət və şəxsiyyət ayrı anlayışdır”. Nigar Sfera.az

Analoq.az


скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Dutasteride 25mg Propecia Bei Kinderwunsch Supreme Supplies In India cialis without a doctor's prescription Notas De Propecia Can Cephalexin Affect Your Birth Control