Ceyranbatan qəsəbəsində piyada keçidinin tikintisi niyə dayandırıldı?



Son illərdə magistral yollarda yerüstü piyada keçidləri inşa edilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda ya düzgün yerdə, ya da düzgün qaydada quraşdırılmır. Bir neçə gün əvvəl Ceyranbatan qəsəbəsində kənarları açıq olduğu üçün qadınların keçə bilmədiyi piyada keçidi barədə məlumat vermişdik. Bu dəfə isə daha acınacaqlı bir mənzərə var. Avtosfer.az xəbər verir ki, Bakı-Quba yolunun 27-ci km-də yerüstü piyada keçidinin tikintisi başlayıb. Proses təxminən bir il əvvəl start götürsə də, iş bir neçə aydır dayandırılıb. Nədənsə yolun hər iki tərəfində əsas dirəklər tikiləndən sonra "görüblər" ki, keçidin tikildiyi ərazi yüksək gərginlikli elektrik xətlərinin altına düşür. Bununla da işi saxlayıblar. Halbuki fotolardan da göründüyü kimi, bir neçə metr kənarda bu iş başlasaydı normal da olardı.

Bu yerdə sadəcə bir məsələ qalır. Yəqin ki, tikintiyə sərəncam verən şəxsin yüksəklik qorxusu var və başını qaldırıb göyə baxa bilmir. Yanindakılar isə çox güman ki, gördükləri işin məsuliyyətini dərk etmir və ümumiyyətlə bu işdən anlayışları yoxdur. Dövlətin bu qədər pulunu havaya sovuranlara bundan başqa ad stapmaq olmur.


Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Propecia User Feedback Cialis Tadalafil Precios generic cialis Cialis Lyon Results Months Generic Propecia