Abşeron rayon Icra Hakimiyyəti partiya sədrinin müavininə etdiyi zülmlər nə ilə əlaqəlidir?



Dünən Abşeron icra hakimiyyətinin 99××270 nömrəli maşını ilə gəlib özbaşına həyətimizə soxulub ailə üzvlərinin başını kəsməklə hədələyən 2 nəfər bandit haqqında dünəndən 102 xidmətinə etdiyimiz şikayətlər fayda vermədi.
İcra başçısı haqqında etdiyimiz şikayətləri saytlardan götürməsək bizi ailəliklə yandıracaqlarını deyirlər.

Artıq bu hədələr və sui -qəsdlər sayca 10 a çatır.
Abşeron polis idarəsi və DİN in 102 xidməti bildirir ki, icra hakimiyyətinin məmurları onlardan üstün səıahiyyətdə olduqlarından polis onların cinayətlərinə görə tədbir görmək səlahiyyətində deyil.

Artıq bizi İcra başçısı yaşadığımız, halla hümmət evimizdən, qəsəbəmizdən hədə ilə çıxarır.
Abşeronu şəxsi obyekti və özünün ayrıca şəxsi mülkü gözündə görən başçı artıq üsyan edir, qırnızı xətti keçir...

Hüquqşunas dostumuzla 4 dəfə görüşünə qəbula getdik ki, bu məsələlərə aydınlıq gətirilsin. Etmədi.

Əgər başımıza hər hansı bədbəxt hadisə gəlsə, evim yandırılsa, içində özümüz qətlə yetirilib yandırılsaq DİNə də məlumat verdiyimiz kimi məlum edirəm ki, bun cavabdeh Abşeron rayon icra hakimiyyətinin amansız və rəhmsiz, özbaşına, azad-müstəqil icra hakimiyyəti və onun başçısıdır.

Qeyd edim ki, dəfələrlə müxtəlif markalı avtomobillərlə Masazır qəsəbəsi ərazisində ailəliklə və təklikdə sui qəsdlərə məruz qalmışıq. Hətta əvvəlki hadisələrdə başçının və rəisin müavinləri simvolik olaraq qəbul da edib dinləyiblər.

Ancaq həllini tapmayıb və daha da dərinləşib. Rayonda xüsusən də Masazır qəsəbəsində İcra hakimiyyəti məmurlarının yarıtmazlığı və özbaşınalığı nəticəsində baş vermiş hallarla bağlı başçının qəbuluna düşmək istəsək də o bunu rədd edib.

Sonra da Qarabağ əlili Vüqar Dadaşov və məni aradan götürəcəkləri ilə hədələyiblər. Hədə zamanı dediklərini real olaraq həyata keçirməyə 10 dəfəyə yaxın cəhdlər ediblər. Sui qəsdi təşkil edən və icra edənlərin maşın nömrələrini, haqqında məlum olan məlumatları polisə təqdim etsəm də nəticə yoxdur.

İcra başçısı rayonda amansız rəftarı ilə məşhurdur. Mən Yazıçılar birliyinin üzvü, 7 kitab müəllifiyəm. Məni haçan getmişəmsə təhqir etdirib və qəbul edib dinləməyib. İndi də latent yəni izi itirlmiş qaranlıq yollarla mənə sui qəsd təşkil etdirir.

Onun tapşırığı ilə polis də bu işə baxmır. Hətta keçən dəfə hədə qorxu ediblər yaşlı və xəstə anama. Ürəyi qısılıb təcili yardım çağırmışıq gəlməyib ki, bizə deyiblər bu nömrədən sizi çağırsalar getməyin.

Azyaşlı uşaqlarımızı hədələtdirirlər, üstünə maşın sürdürürlər, baxçadan çıxartdırıblar. Rayonda başçıya yaxın məmurlar və qohumları talançılıqla məşğuldur. Biz də bu haqda yuxarı yazdıqda bizi məhv etdirmək istəyir.

Ölkə rəhbərinin tapşırıqlarına məhəl qoymayan başçı köməkçisi Fuad adlı şəxsin əli ilə təşkil etdirir bu işləri məlumatımıza görə. Başçı gündəliklərə cənab Prezidentin əvəzinə öz şəkillərini yapışdırtdırıb. Heç bir şikayətə məhəl qoumur, problemləri həll etmir.

Yaşadığımız qəsəbədə onun qohumları və ona yaxın məmurlar hətta kasıb və Qarabağ əlili olan vətəndaşların mülkiyyətini, torpağını ələ keçirməklə məşğuldurlar.

Ali orqanlara yazdığımız şikayət ərizələri yenidən Abşerona qaytarılır və başçının aparatı da onu oxuyub daha da aqressivləşir, daha da amansızlaşırlar və hər vəchlə bizdən və şikayətçilərdən intiqam almaq niyyətinə düşürlər. Yollarda piyada keçid işarələrini laqonda ilə kəsdirib götürüblər, ancaq xəttlər qalıb.

Dəfələrlə o yolda müxtəlif insanları maşınla vurub ölürüblər. Həmin keçid bizim yaşadığımız ərazidə götürülüb. Çünki o cür çaşdırıcı yolda insana sui qəsd daha əlverişli baş tuta bilər. Bunu məhz orada ediblər də. Təxminən bir neçə ay əvvəl də maşınla sui qəsdə məruz qalmışdıq.

İcra başçısı ölkə başçısının iradəsinə, siyasətinə zidd addımları ilə yanaşı bu cür işlərə qol qoyursa, rayonda özünəməxsus qanunlar yaradıb qisasçılıq güdürsə, rayonu sanki dövlətfən ayrı bir xanlıq kimi müstəqil öz bildiyi kimi idarə edirsə vu son deməkdir.

Prezident administrasiyasına edilən şikayətlərin qaytarılıb başçıya yönəldilməsi, onun da şikayətçiyə qan uddurması zülüm deyilmi vətəndaşa?

Dünənki evimizə hücuma görə ailəmizdə xəstə insanların halı pisləşib, icra hakimiyyətinin tapşırığı ilə blokada da olduğumuz üçün təcili yardım da gəlməkdən imtina edir.

Dünən günorta saatlarında 102 ə dəfələrlə şikayət edib hadisələr barədə məlumat vermişik. Lakin məlum səbəbdən hələ də əvvəlki şikayətlərimizin nətivəsi kimi tədbir görülmür,maraqlanılmır. Artıq qohumlar arasında məsləhətləşmələr aparırıq kütləvi intihar edəcəyik.

Biz ölkədə ziyalı nəslin nümayəndələriyik. Anam ölkənin ilk qadın baş prokuroru Bilqeyis Haşimzadənin nəvəsi, məşhur 91 lərdən olan Əlfəddin Abdullayevin qardaşı qızıdır. Atam Heydər Əliyevin təyinatı ilə 3 vəzifədə işləmiş 12 kitab müəllifi, şair-publisit yazar olub.

İndi anamı İcra hakimiyyətinin bandası 80 yaşında qorxu altında saxlayır. Rayonda blokadayıq. Gözə görünməuən başçının göstərişləri ilə məhvə məhkum edilmişik.

Rayondan etdiyimiz haqlı şikayətlər bizə belə başa gəldi. Sanki bizi öldürməklə gizlədə biləcəklər.
vetenoglu.info

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi