Əflatun Amaşov:"Bakı ilə İrəvanı müqayisə etmək düzgün deyil"



Ermənistanda sosial vəziyyət ağırdır. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Ermənistanın paytaxtı İrəvanda keçirilən 52-ci sessiyasında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Əflatun Amaşov deyib.

O qeyd edib ki, yolların kənarındakı binalardan oradakı vəziyyətin necə olduğu aydın görünürdü: “Biz, əsasən, şəhərin mərkəzində olduq. Ölkə seçki ərəfəsindədir. Hava limanından şəhərə gedərkən yollardan, yolların kənarındakı binalardan oradakı vəziyyətin necə olduğu aydın görünürdü. Bakı ilə İrəvanı müqayisə etmək düzgün deyil. Dəyişiklik, fərq çox böyükdür”.

Ə.Amaşov İrəvandakı Göy Məscidə baş çəkdiklərini də diqqətə çatdırıb:

“Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyevlə fürsətdən istifadə edərək Yerevandakı Göy Məscidə baş çəkdik. Göy Məscid Azərbaycanın tarixi abidələrindən biridir. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə inşa edilib. XIX əsrin II yarısında Ermənistanda təqribən 300-ə yaxın məscid fəaliyyət göstərib. Hətta 1990-cı illərə qədər də bir sıra məscidlər fəaliyyət göstərib. Bizim baş çəkdiyimiz Göy Məscid isə Ermənistanda olan yeganə məsciddir. 1995-ci ildən Ermənistan hökuməti ilə İran hökuməti arasında razılığa əsasən məscid İran tərəfinin maliyyəsi ilə təmir olunub. Hazırda bu məscid İranın Ermənistanda mədəniyyət mərkəzlərimdən biri hesab olunur”.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Best Erectile Dysfunction Drugs online pharmacy Propecia Work On Face Propecia Hsa Eligible Viagra Ohne Rezept Preisvergleich