Siyavuş Novruzov: "Azərbaycanda tətbiq ediləndə kimlərsə bizə demokratiya dərsi keçməyə çalışır"



Bizim polislər aksiyalar zamanı etitazçılara qarşı çox səbrli və təmkinli davranırlar. Hesab edirəm ki, Qərb və Avropa dövlətlərinin polisləri gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər".Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov Parisdə təşkil olunan kütləvi etiraz aksiyalarına münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, Azərbaycan polisi dünyanın ən sivil və humanist davranan polislərindən biridir:

"Əgər dünyada baş verən hadisələrə baxsaq görərik ki, ABŞ-dan tutmuş bütün Avropa ölkələrində qanunsuz keçirilən aksiyalara qarşı çox ciddi tədbirlər görülür. Dünya mediasından da izləyib görürük ki, həmin xarici ölkələrdə ictimai sabitliyin bərqərar edilməsi üçün atlar və itlər, göz yaşardıcı qaz və rezin güllələrdən istifadə olunur. Əfsuslar olsun ki, bunun çox yüngül forması Azərbaycanda tətbiq ediləndə kimlərsə bizə demokratiya dərsi keçməyə çalışır. Halbuki, Azərbaycanda qanunsuz aksiya zamanı saxlanılanlar sivil qaydada avtobuslara əyləşdirilərək polis bölmələrinə aparılır, orada isə onların izahatları alındıqdan sonra sərbəst buraxılırlar".

Komitə sədri beynəlxalq təşkilatları da Azərbaycana qarşı demokratiya ilə bağlı qərəzli yanaşmaqda günahlandırıb:

"Bu gün Parisdə etiraz aksiyaları zamanı 1000-ə yaxın insan həbs olunub. Onların əksəriyyəti hələ də həbsxanalarda saxlanılır. Hazırda Fransada fövqəladə vəziyyət elan edilib, minə yaxın insan həbs edilib, amma Avropa Şurası və Avropa İttifaqına daxil olan heç bir dövlət baş verənlərlə bağlı hər hansı fikir bildirmir, müzakirə aparmır. Bundan öncə də Hollandiyada türklərə qarşı böyük bir kampaniya başladılmışdı. İtlər və atlarla türklərə hücumlar təşkil edilmişdi. Həmin vaxt da heç bir beynəlxalq təşkilat səsini çıxartmamışdı. Yəni, Qərbinə özünə gələndə demokratiya yada düşmür, amma digər ölkələrdə, o cümlədən Azərbaycanda hər hansı buna bənzər hallar olan kimi dərhal hərəkətə keçirlər, bəyanat verməyə başlayırlar, məsələni Avropa Şurasında müzakirəyə çıxarırlar və sairə. Yalandan da car çəkirlər ki, ay Azərbaycanda insan haqqları pozulur, insanlara sərbəst toplaşmaq üçün şərait yaradılmır və sairə. Əksinə, bu gün həmin Qərblə müqayisədə Azərbaybaycanda tam şərait yaradılır, başqa qüvvələrin təxribat törətməməsi üçün aksiya keçirmək istəyənlərin təhlükəsizliyi polis tərəfindən qorunur. Bunun da çox sadə yolu var, öncədən xəbərdarlıq etməklə Azərbaycanda istənilən vaxt bu cür tədbirlər keçirtmək mümkündür"

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi