İcra başçısı: "Bunlara qarşı hamılıqla mübarizə aparmalıyıq”



Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bəzi bələdiyyələrin fəaliyyətini tənqid edib.Report xəbər verir ki, o, bələdiyyə sədrlərini fəaliyyətsizlikdə ittiham edib.

“Elə bələdiyyələr var ki, əyləşdiyi binanın qapısını hörümçək toru bağlayıb”, - İ.Mustafayev vurğulayıb.

İcra başçısı əlilliyə görə pensiya alanlarla da bağlı narahatlığını ifadə edib: “Necə ola bilər ki, 16 min nəfər pensiyaçının 7 min nəfəri əlilliyə görə pensiya alır. Görünür, bu işdə müəyyən neqativ məqamlar olub. Biz bütün bunlara qarşı hamılıqla mübarizə aparmalıyıq”.

İcra başçısı əlavə edib ki, sağlam ailələrin qayğısına qalmaq, boşanmaların qarşısını almağa çalışmaq lazımdır: “Təəssüf ki, bu sahədə Gədəbəy kimi bir dağ rayonunda statistika ürəkaçan deyil və bu bizi narahat etməlidir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin avqustun 28-də imzaladığı sərəncama əsasən, İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi