Qaxdakı acınacaqlı vəziyyət və icrah hakimiyyətinin laqeyidliyi



Qax rayonunda Heydər Əliyev prospekti ilə Natavan küçəsinin kəsişməsində zibil əlindən tərpənmək mümkün deyil.Bunu Qlobal.az-ın elektron poçtuna ünvanladıqları şikayət məktubunda sakinlər yazır.

Sakinlərin bildirdiyinə görə qeyd olunan ərazidə zibil qutusunun bir dənə olmasına görə məişət tullantıları ətraf ərazilərə səpələnir.

Sakinlər yazır: "Şəhərin gözəlliyinə xələl gətirən acınacaqlı durum barədə dəfələrlə Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə müraciət etmişik. Ancaq Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Eldəniz Şabanov hər dəfə bizə rayonda zibil qablarının çatışmadığını deyir".

Küçəyə səpələnmiş zibilə görə azyaşlı uşaqlarını gəzməyə buraxmayan sakinlər daha sonra yazır: "Burada baş verənlər antisanitariya yaratmaqla bərabər, həm də, utancverici bir haldır. Zibil qabının qoyulduğu yerdən 10 metr aralı Şəhidlər Xiyabanı yerləşir. İyirmi Yanvar faciəsinin ildönümü ərəfəsində şəhər rəhbərliyinin yaranmış vəziyyətə biganə qalması bizi məcbur etdi ki, xoşagəlməz hadisəni ictimailəşdirək".

Qax rayon İcra Hakimiyyətindən sakinlərin şikayətinə münasibət bildirilmədi.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi