Bizi izləməyi unutmayın

#Ölkə / #Kriminal

İcra başçısını güllələyən məhkum həbsxanada öldü

21-01-2019, 17:30 | 1 6092 dəfə baxılıb.

Ötən həftə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ömürlük məhbus, 1967-ci il təvəllüdlü Elbrus İbrahimov vəfat edib. Analoq.az azxeber.com-a istinadən xəbər verir ki, E.İbrahimovun meyiti artıq yaxınlarına verilib və o, dəfn edilib.

E.İbrahimov 27 il idi ki, məhkum həyatı yaşayırdı və cəzasının əsas hissəsini Qobustan qapalı həbsxanasında çəkirdi. Onun son illər ağır xəstəlikdən əziyyət çəkdiyi deyilir.

E.İbrahimov vaxtilə bütün ölkənin danışdığı bir hadisəyə - 1991-ci ilin 11 dekabrında Şuşanın icra başçısı Mikayıl Gözəlovu qətlə yetirdiyinə görə həbsxana həyatı yaşayırdı.

Kim idi Mikayıl Gözəlov?

Musavat.com-un araşdırmasına görə, Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun sənaye və mülkü tikintilər fakültəsinə qəbul olub. 1969-cu ildə təhsilini başa vuraraq təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib.

1982-ci ildə Respublika Sənaye Tikintisi Nazirliyinin Xankəndində yerləşən 9 saylı DQMV Tikinti Trestinə rəis müavini təyin edilib. 1988-cu ildə Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. Azərbaycan prezidentinin fərmanı ilə 1991-ci ilin noyabr ayının 7-də Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gözəlov Şuşanın və Dağlıq Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərib, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirdib. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub.

Torpaqlarımızın işğalçı erməni yaraqlılarından təmizlənməsi üçün keçirilən bir çox hücum və uğurlu döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub. Məzarını Mərzili kəndindədir.

Bəs qatil?

Qətli törədən E.İbrahimov Şuşada təcili yardım maşınının sürücüsü idi. Bir sürücünün icra başçısını kabinetində avtomatla qətlə yetirməsi dərhal ciddi suallar doğurmuşdu. Bu qətllə bağlı ən müxtəlif versiyalar irəli sürülürdü. Uzun müddət Şuşada müxtəlif vəzifələrdə işləmiş M.Gözəlov Ağdamda da doğulsa da, onu heç kim "yad" hesab edə bilməzdi və təsadüfi deyil ki, əhali arasında da böyük nüfuza malik idi. Daha bir iddia da bu idi ki, M.Gözəlov 1991-ci ilin 20 noyabr Qarakənd faciəsinin sirlərini bildiyi və Şuşanı ermənilərə təslim etmək istəyən qüvvələrə mane olduğuna görə öldürülüb.

Şuşada vəziyyətin gərgin olduğu bir vaxtda icra başçısının kabinetində öldürülməsi əhaliyə də təsirsiz ötüşmədi. Şuşanın boşaldılması prosesi sürətləndi.

E.İbrahimov qətl baş verən gün- dekabrın 11-də həbs edildi və bir neçə gün sonra Bakıya-Bayıl həbsxanasına göndərildi. Onun məhkəmə prosesində də qətllə bağlı qeyri-adi heç bir fakt ortaya çıxmadı. E.İbrahimov aralarında dartışdıqlarını və əsəbiləşdiyi üçün icra başçısına güllələdiyini iddia etdi. Məhkəmə onu güllələnmə cəzasına məhkum etsə də, sonradan onun da cəzası ömürlük həbslə əvəzlənmişdi.

Mikayıl Gözəlovun oğlu qatillə görüşmək istəyib

M.Gözəlovun yeganə oğlu mediaya müsahibəsinin birində qətl barədə danışıb. "Bir təcili yardım sürücüsünün icra başçısını qətlə yetirməsi nəyinə lazım idi" sualına o, "Bu illər boyu məni də düşündürüb. Atamı otağında güllələyən Elbrus adlı şəxs bu haqda heç vaxt danışmayıb. Mən bir neçə dəfə onunla görüşmək istəsəm də, icazə verilməyib" deyib. Oğlu deyib ki, yalnız bir dəfə təsadüfən atasının qatilinin qardaşı ilə

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Siyasət / #Kriminal

Məhkum müalicə müəssisəsində ölüb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət / Manşet

HALALLIĞA VƏ DÜZLÜYƏ SƏRF OLUNAN ÖMÜR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Icra başçısı həbs olundu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının