Bizi izləməyi unutmayın

#Ölkə

Deputatın bir milyon qiyməti olan villası bank borcuna görə əldən getdi

22-01-2019, 11:30 | 1772 dəfə baxılıb.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış (20 ildir Milli Məclisdədir) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Xanhüseyn Kazımlı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villasından olub.“Finans.az”ın əldə etdiyi məlumata əsasən, 26 fevral 2014-cü il tarixində “Yapı Kredi Bank Azərbaycan” QSC ilə üçüncü şəxs “Aqroflora” MMC arasında illik 12% olmaqla 36 ay müddətinə 400 000 manat məbləğində kreditin verilməsinə dair 137970/01nömrəli kredit müqaviləsi bağlanıb. Kreditin təminatı olaraq deputata məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 301,5 kvadrat metr olan 332E nömrəli ev bankın xeyrinə yüklü edilib.

Bundan əlavə, həmin tarixdə bank ilə millət vəkilinin özü, Kazımov Dəyanət Qüdrət oğlu, Kazımova Əsli Xanhüseyn qızı arasında zaminlik müqavilələri bağlanıb.

Bundan sonra bank “Aqroflora” MMC-yə, deputata, Kazımov Dəyanət Qüdrət oğluna, Kazımova Əsli Xanhüseyn qızına və Kazımlı Samir Xanhüseyn oğluna qarşı “kredit borcunun, ona hesablanan faizlərin və dəbbə pulunun tutulması, tələbin ipoteka ilə yüklü edilən əmlaka yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı qismən təmin edib və cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 405 701,34 manat kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan 332E saylı evə yönəldilməsini, həmin mənzilin ilkin satış qiymətinin 700 000,00 manat məbləğində müəyyən edilərək açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılmasını və onun satışından əldə edilən pul vəsaiti hesabına cavabdeh “Aqroflora” MMC-nin iddiaçı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə olan kredit borcunun ödənilməsini qət edib.

Beləliklə, 2 noyabr 2016-cı il tarixdə deputata məxsus ev ilkin satış qiyməti 700 000,00 manat olmaqla “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən hərraca çıxarılıb.

Birinci hərracın baş tutmaması səbəbindən təkrar hərrac (qanuna əsasən 45 təqvim günüdən gec olmayaraq) keçirilib və əmlakın ilkin satış qiyməti 15% daha aşağı göstərilib. Lakin təkrar hərracda da həmin əmlak satılmadığından hərrac baş tutmayıb. Bundan sonra 29 dekabr 2016-cı il tarixində, yəni birinci hərracın baş tutmadığının elan edildiyi tarixdən 57 təqvim günü sonra üçüncü hərrac keçirilib, bu hərracın nəticələri haqqında Y-13 saylı yekun protokol tərtib edilib və Xanhüseyn Kazımlıya məxsus Novxanı kəndindəki 332E saylı evin 446 250,00 manata “Yapı Kredi Bank Azərbaycan” QSC tərəfindən alınmasına dair alqı-satqı müqaviləsi bağlanıb.

Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilib.

Millət vəkili hərracın nəticəli haqqında protokolun, bu protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Novxanı kəndi 332E saylı ev üzrərində mülkiyyət hüququnu təsdiq edən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasına dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.

Məhkəmənin 3 avqust 2018-ci il tarixli qətnaməsi ilə deputatın cavabdehlər Binəqədi rayon İcra şöbəsinə, banka, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə və üçüncü şəxs “Aqroflora” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilməyib.

Maraqlıdır ki, Xanhüseyn Kazımlı apellyasiya şikayətində, ona məxsus evin ilkin satış qiyməti kimi müəyyən edilən 700 000,00manat məbləğin evin real bazar dəyərindən qat-qat aşağı hesablandığını vurğulayıb.

Xatırladaq ki, Millət vəkilinin oğlu Fəxri Kazımov "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun İdarə Heyətinin sədridir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Azərbaycanın bank sektorunun kapitalı 5,2% artıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Bankdan dollar müştərilərinə güzəşt borcunuzu - 1,30-LA ÖDƏYİN

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Bu bank müflis oldu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının