AXCP sədri Qarabağ müharibəsində iştirak etmiş erməni hərbiçi Mixail Avaqyana qoyulan büst barədə fikir bildirib



AXCP sədri,prezidentliyə sabiq namizəd Razi Nurullayev Gürcüstanda Qarabağ müharibəsində iştirak etmiş erməni hərbiçi Mixail Avaqyana qoyulan büst barədə rəsmi facebook hesabında status paylaşıb.Analoq.az həmin statusu olduğu kimi təqdim edir:

Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsinin iştirakçısı, erməni hərbi canilərindən olan Mixail Avaqyanın büstünün açılışı Azərbaycan-Gürcüstan münasibətlərinə ağır zərbədir. Bakıdan kifayət qədər etirazlar bildirilib və davam etməkdədir.

Gürcüstan azərbaycanlıları bu məsələdə qətiyyətli olmalı və Gürcüstan hökumətinə ən sərt və əsaslı etiraz bildirməlidir. Niyə də yüzminlik etiraz aksiyaları keçirməsinlər? Niyə Gürcüstanda vəzifə sahibi olanlar, siyasi fəallar, ictimai təşkilatlar etiraz mitinqləri təşkil edib güclərini ortaya qoymurlar?

Gürcüstanda yaşayan həmvətənlərimə müraciət edərək onları etiraz aksiyalarına səsləyirəm. Yüzminlik aksiyalar təşkil edin, qoy qanında azərbaycanlı qanı olan hər bir soydaşımız bu mitinqə qatılsın. Gürcüstanda aksiya keçirmək problem deyil, xüsusi icazə də tələb olunmur!

Bu gün susmaq, sabah başqa böyük problemin əmələ gəlməsidir!

Yazıya qoyduğum şəkil Tiflis və soydaşlarımızın görüntüsüdür. Cinayətkarın büstünü qoyub qanınızı qaraltmaq istəmədim!


Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi