Milli və Xalq Qəhrəmanlarımızın, şəhidlərimizin təhqiri dövlət və xalq əleyhinə ağır kateqoriyalı cinayətlər hesab olunmalıdır



Milli və Xalq Qəhrəmanlarımızın, şəhidlərimizin təhqiri dövlət və xalq əleyhinə ağır kateqoriyalı cinayətlər hesab olunmalıdır!
(Qanuna dəyişilik təklif olundu)

Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov KİV-də, sosial mediada və sosial şəbəkələrdə milli qəhrəmanlarımızı, şəhidlərimizi, xalq qəhrəmanlarımızı müstəqillik və dövlətçiliyimizə xidmət edən siyasi, elm xadimlərinin təhqiri və ya alçaldılması, gözdən salınması hallarının artmasına kəskin münasibət bildirmişdir.

Həmin çıxışı oxucularımıza təqdim edirik.

“Azərbaycan xalqının milli sərvəti-müstəqilliyimiz və dövlətçiliyimiz uğrunda canından , gəncliyindən keçmiş, həyatını xalq, dövlət naminə qurban vermiş, qəhrəmanlarımızın, şəhidlərimizin bu və ya digər şəkildə təhqir olunması hallarının artması cəmiyyətimizi, ziyalılarımizi ümumiyyətlə vətənpərvər hər bir kəsi narahat etməlidir. Son vaxtlar Milli Qəhrəmanımız Mübariz İbrahimovun, Xalq Qəhrəmanlarımız Babək Xürrəminin, Qaçaq Nəbinin və adı çəkilməyən digər qəhrəmanlarımızın alçaldılması, gözdən salınması halları bizim üçün olduqca utan vericidir.

Belə hərəkətə yol verənlər sapı bizdən olan Azərbaycan xalqının və dövlətinin milli düşmənləridir və onlar özləri üçün bilməlidir ki, siz cılızlaşmış antimilli qüvvələrin qullarlısınız!

Ümumiyyətlə düşüncə qabiliyyətinə malik həb bir şəxs bilir ki, bir xalqın və onun dövlətinin məhvi onun dilinə, tarixinə və qəhrəmanlarına təhdiddən başlayır.

Dövlət-müəyyən sərhədlər daxilində yaşayan xalqının xüsusi sistemlə idarə olunan quruluşudur, xalq isə bir dövləti təmsil edən insan cəmiyyətidir. Göründüyü kimi dövləti-dövlət edən xalqdır, xalq isə ümumi dəyərlərə, mentalitetə malik insan cəmiyyətidir.

Dövlətin qurulması və yaşaması müvafiq dövlət orqanlarının fəaliyyəti ilə yanaşı , həmin xalqın fərdi nümayəndələrinin xüsusi xidmətindən keçir.

Dövləti və xalqı yaşadan ülvi və ali məqsədlər naminə özünü qurban vermiş şəxslərə qarşı təhdidlər, cəmiyyətimizdə yeni nəslin gözü qarşısında dövlətçilik-xalq-müstəqillik ərazi bütövlüyü kimi amalları dəyərdən salmaq məqsədi daşıyır. Qeyd edilən ülvi amalları dəyərdən salandan sonra, dövlət və xalq naminə canından, sağlamlığından keçən tapılarmı?! Əlbəttə yox! Deməli milli qəhrəmanlarımızın, şəhidlərimizin təhqiri, alçaldılması, bu və ya digər halda xidmətinin şübhə altına alınması nəticə etibarı ilə milli dövlətçiliyimizə bir başa təhlükə mənbəyidir.
Odur ki, milli qəhrəmanlarımızın, şəhidlərimizin xidmətlərini şübhə altına almaq cəhdləri həmin şəxslərin fərdi təhqiri kimi qiymətləndirilməməli, belə əməllər dövlət və xalq əleyhinə cinayətlər hesab olunmalıdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq mən bir hüquqşünas kimi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 274-cü maddələrinə müvafiq dəyişikliklərin edilməsi barədə təklif vermişəm. Həmin təkliflərin mahiyyəti ondan ibarətdir ki, KİV-də sosial mediada, sosial şəbəkələrdə eləcədə həyatda milli qəhrəmanlarımızı, şəhidlərimizi, xalq qəhrəmanlarımızı müstəqillik və dövlətçiliyimizə xidmət edən siyasi, elm xadimlərinin təhqiri və ya alçaldılması və gözdən salınması halları ağır cinayətlər kateqoriyasına aid edilsin və dövlətə və xalqa xəyanət kimi qiymətləndirilsin.

Bir sıra Avropa ölkələrində, eləcədə Polşa, Rusiya, Ukraynada, həmçinin İsraildə 2-ci dünya müharibəsinin nəticələri və qəhrəmanları barədə fərqli baxışlar fonunda dövlət siyasətinə uyğun olaraq müvafiq cinayət məsuliyyəti müəyyən edilmişdir.

Əlavə olaraq məlumat üçün qeyd edim ki, səhnəni, efiri, sosial şəbəkələri, KİV-ni və elektron medianı duel meydanına çevirənlərin, öz qeyri-etik hərəkətləri ilə xalqımıza, dilimizə, qəhrəmanlarımıza, tariximizə dövlətimizin rəmzlərinə biganəlik və hörmətsizlik edənlərin “söz azadlığı”, “özünü sərbəst ifadə etmək” və sair kimi demokratik anlayışlarla heç bir əlaqəsi yoxdur və bundan sui istifadə edənlərin kütləvi informasiya vasitələrinə çıxışçının və məlumatların məhdudlaşdırılması barədə “senzura”nın tətbiq edilməsi barədə hələ 2017-ci ildə tərəfimdən Milli Məclisə təklif verilib.

Odur ki, yuxarıda qeyd edilən dəyişikliklərin tətbiq edilməsi Azərbaycan xalqının özünəməxsus milli identifikasiyasının qorunması və Azərbaycan Dövlətinin yaşaması deməkdir”

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi