Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini :" Vəhabilər ət almaq üçün Yasamala gəlirlər"



"Bu gün bəzi din mərasimlərində digər ölkələrdən gətirilən təqvimlərdən istifadə edilir".Analoq.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən tədbirdə deyib.

"Digər ölkələrdən gətirilən təqvimlə namaz qılırlar. Deyilir ki, 2-3 dəqiqə gec namaz qılmaqla nə olur?! Amma burada çox ciddi məsələ var. Biz diqqətli olmalıyıq. Bu məsələdə din xadimlərinin üzərinə böyük yük düşür və onların söylədiklərini nəzərə almalıyıq. Milli mənəvi dəyərlərimizi qorumalıyıq və məzhəbçilikdən uzaq durmalıyıq. Bəzi ölkələrin məzhəbçiliyə yönəlməsi son nəticədə radikalizm və ekstremizmə gətirib çıxarır", - deyə komitə sədrinin müavini vurğulayıb.

S.Heydərov qeyd edib ki, xurafatın əlamətləri əsasən dini mərasimlərdə görülür: "Burada İslama zidd hərəkətlər baş verir. Baş yarmaq, sinə döymək və digər xurafatın hərəkətləri İslama ziddir. Belə elementlər inkişaf etdikdcə, ənənəvi İslam zəifləyir. Ənənəvi İslamın zəifləməsinə qütbləşmə də səbəb olur. Görürük ki, vəhabilərin öz aptekləri, ət dükanları var. Ət almaq üçün Yasamala gəlirlər. Bu, artıq təbəqələşmə deməkdir".azvision.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi