Fəzail Ağamalı:" Nə boru zavodum var, nə icarəyə verdiyim yerim var"



Sosial şəbəkələrdə millət vəkili Fəzail Ağamalıya məxsus olduğu iddia edilən əmlak siyahısı ilə bağlı maraqlı məlumat əldə edib. Həmin siyahıda paytaxtın bəzi yerlərindəki iri həcmli müəyyən binların da deputata məxsus olduğu bildirilir. Qeyd edilir ki, Bakının Xətai Rayon Məhkəməsinin hazırda yerləşdiyi bina da Fəzail bəyə məxsusdur və deputat tərəfindən böyük məbləğ müqabilində icarəyə verilib. Azinforum.az dəqiqləşdirib ki, Xətai Rayon Məhkəməsinin hazırda məskunlaşdığı bina həqiqətən də icarəyə götürülüb. Ancaq həmin binanın sahibi deputat yox, vaxtilə Naxçıvanda böyük vəzifələrdə işləmiş sabiq məmurdu. Xətai Məhkəməsinin hazırda məskunlaşdığı bina mülk kimi Culfa gömrüyü və Naxçıvan Dövlət Gömrük Komitəsinin rəisi işləmiş Sahib Əliyev adlı şəxsə məxsusdur. “Viktoriya” şadlıq sarayı və bir sıra digər ticarət-iaşə obyektinin cəmləşdiyi həmin kompleksin yalnız bir hissəsi Məhkəmə üçün icarəyə verilib. Əldə etdiyimiz məlumata görə, Məhkəmə hər ay icarə üçün sahibkara 10-15 min manat civarında pul ödəyir.

Qeyd edək ki, Fəzail Ağamalı yayılan siyahıdakı bəzi detalların doğru olduğunu bildirsə də, məlumatların fantastik dərəcədə şişirdildiyini qeyd edib:

“Yayılan siyahı fantastik məlumatlardır. Düzdür, yazılan fikirlərin bəziləri düzdür. Bəli, mənim evim “Gənclik”dədir. Məmməd Araz küçəsində iki oğlumun evi var, bu da düzdür. Qızım “Buta” uşaq bağçasının təsisçisidir, ancaq bağçanın binasını icarəyə götürüb. Həqiqətən Novxanıda bağ evim var, ancaq villa deyil. Sadəcə normal şəraiti olan bağ evidir. Vəssalam, siyahıda olan digərləri sadəcə fantastik məlumatlardır. Nə boru zavodum var, nə icarəyə verdiyim yerim var, nə də Ukraynada meyvə bazarım var. Kaş ki olardı, amma yoxdur (gülür). Olsaydı, deyərdim ki, var və bunu əziyyətlə qazanıb qurmuşam. Çox təəssüf edirəm ki, bu cür yalan informasiyaları buraxırlar sosial şbəkələrə, xəbəri olmayanlar da başlayırlar bunun ətrafında xoşagəlməz fikirlər söyləməyə. Mən dəyərli soydaşlarımızdan xahiş edərsim ki, sosial şəbəkələrdə qeyri-obyektiv, qərəzli məlumatlar yayılanda, onu olduğu kimi qəbul etməsinlər. Ən azı, Fəzail Ağamalının tərcümeyi-halını götürsünlər, onun çıxışlarını izləsinlər, bu qədər əmlakım olaydı, o çıxışları edə bilərdimmi? Mən hələ də o siyahıda olan Əlizadə 112 ünvanında “Xruşovka” binada yaşayıram. Bu, 1988-ci ildə Naxçıvandan Bakıya erməni ilə dəyişdiyim evdir. Hardadır mənim o qədər əmlakım ki, icarəyə də verib. Yerim olsaydı, partiyam “Azəraqrartikinti”nin binasında icarə yerdə niyə yerləşirdi? Yekun olaraq, bir daha deyirəm ki, bunların hamısı iftiradır!”

Azinforum.az hesab edir ki, Fəzail Ağamalının məhz indiki məqamda hədəf olaraq seçilməsi təsadüfi sayıla bilməz. Xatırladaq ki, bir neçə gün əvvəl Fəzail Ağamalı Milli Məclisdə Prezidentin yürütdüyü siyasətə əngəl törədən bəzi məmurların adını çəkərək, onları ciddi tənqid atəşinə tutmuşdu. Bundan sonra Fəzail Ağamalının xarici ölkələrdə məskunlaşan və hakimiyyətə qarşı xüsusi radikallığı ilə seçilən mühacirlərin hədəfinə tuş gəlməsi və “əmlak siyahısı”nın da məhz həmin şəbəkə tərəfindən dövriyəyyə buraxılması doğrudan da maraqlı görünür. Siyahıda göstərilən digər obyektlərin də kimə məxsus olduğunu araşdıracayıq…

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi