26 fevralda “Ana fəryadı” abidəsi ziyarət ediləcək



Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rayon şöbələrinin sədrlərinin aylıq iclası keçirilib. Cebhe.info xəbər verir ki, iclasda Ali Məclisin sədri Rafiq Daşdəmirli, partiya sədrinin müavinləri Ehtiram Mehtiyev, Tural İrfan, Məhəmməd Əsədullazadə, Rəyasət Heyətinin üzvü Vüqar Dadaşov və Təşkilat Komitəsinin müdiri Pərviz Şıxəliyev iştirak edib. İclasda dünyada və ölkədə gedən ictimai-siyasi proseslər müzakirə olunub. Prezident sərəncamı ilə minimum əməkhaqqının 180 manata qaldırılması yaxşı hal kimi dəyərləndirilsə də, bu məbləğin real şəraitdə yetərli olmadığı vurğulanıb. İclas iştirakçıları əmək pensiyaları, təhsildə və səhiyyədə mövcud vəziyyət barədə fikir mübadiləsi aparıb.

AXCP təmsilçiləri Cənubi Azərbaycanda milli azadlıq hərəkatının fəallarından olan Abbas Lisaninin həbsi və güneyli soydaşlarmızın mübarizəsi, Gürcüstanda erməni terrorçusuna heykəl qoyulmasına və orada yaşayan soydaşlarmızın etiraz aksiyalarına da münasibət bildirib.

İclasda Qarabağ mövzusunun müzakirəsinə geniş yer ayrılıb. Belə ki, sülh danışıqlarının nəticəsiz qalması və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi fonunda torpaqlarımızın hərb yolu ilə azad olunmasının qaçılmaz olduğu bildirilib. Eyni zamanda partiyanın hakimiyyətə təqdim etdiyi, müxtəlif sahələri əhatə edən təkliflər paketi ilə bağlı da müzakirələr aparllıb.

Partiyanın rayon şöbələrinin ötən bir ay ərzində fəaliyyəti dəyərləndirilib və növbəti ayda görüləcək işlər, keçiriləcək tədbirlərlə bağlı şöbə sədrlərinə tapşırıqlar verilib. Qərara alınıb ki, Xocalı faciəsi ilə əlaqədar İctimai Fikir Akademiyasında müzakirə keçirilsin və 26 fevralda “Ana fəryadı” abidəsi ziyarət edilsin. Şöbə sədrlərinə partiya sıralarına yeni üzvlərin, xüsusi ilə də gənclərin cəlb olunması, mart ayından etibarən bələdiyyə seçkilərinə hazırlıqların başlanması ilə bağlı tapşırıqlar verilib. Sonda şöbə sədrlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb.

Analoq.az



скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi