İradə Gülməmmədova Abşeron rayonunda öz boynuna düşən vəzifəni tam layiqincə yerinə yetirir



Ölkədə jurnalist etikasını qoruyan, jurnalistika qaydalarına riayət edib yazılarında obyektivliyi gözləyən və qərəzszilik prinsipini əsas götürən jurnalistlər, mətbuat orqanları kifayət qədər olsa da, nədənsə əsasən yalan, böhtan yazanların yazıları daha çox yayılır.

Jurnalistin əsl hədəfi, olayları olduğu kimi, araşdıraraq, doğru-dürüst şəkiləd oxucuya, ictimaiyyətə çatdırmaqdır. Lakin təəssüf ki, son zamanlar bəziləri kimə gəldi çamur atmağa vərdiş ediblər.

Bu da ictimai rəyi çaşdırmağa xidmət edir. Məmurların fəaliyyətində baş verən vətəndaş narazılığını çox zaman qarşı tərəfin münasibətini öyrənmədən yayırlar. Jurnalist də hər şeydən öncə vətəndaşdır. Vətəndaş mövqeyi ilə jurnalist mövqeyini fərqləndirməyi bacarmaq lazımdır.

Vətəndaş olaraq jurnalist kimə qarşısa qərəzli ola bilər, ondan xoşu gəlməyə bilər, qərəzli də ola bilər. Ancaq bunu o yazılarına, kiminsə şikayətini işıqlandıranda öz subyektiv mövqeyi ilə qatmamalıdır. Haqqa-ədalətə önəm verməlidir. Buna bir nümunə vermək istərdim.

Son zamanlar, Abşeron rayon İcra hakiamiyyətinin başçısı, xanım İradə Gülməmmədova haqında bəzi saytlarda yazılan yazılar da deyərdim ki, bu qismdəndir. Kiminsə uydurduğu, əsası olmayan, jurnalistə yaraşmayan qurama rəvayətləri onun adına yapışdırmaq gülünclük doğurur. Bu gün dünya gender bərabərliindən danışır, bunun lazımılılığı təbliğ olunur.

Qeyd edim ki, mən uzun illərdir Abşeron rayonunda yaşayıram və İradə xanımı da şəxsən yox, bir vətəndaş olaraq qiyabi tanıyıram. Onun fəaliyyəti və yaşamı hər zaman sadə insanlardan seçilməyib, hər zaman bacardığı qədər insanlara qayğı göstərib.

Bu gün də xanım icra başçısı olaraq rayon əhalisinə qarşı çox diqqətlidir. Hətta onu dəfələrlə soyuq havalarda, əlverişsiz şərait olan rayon ərazilərində əhalinin görüşlərinə getdiyini, bütün toplaşan sakinləri dinlədiyini, problemlərini həll etdiyinin şahidi olmuşuq.

Qadınlar hər zaman insanlara qarşı kişilərdən daha diqqətli, daha qayğıkeş, daha mərhəmətlidirlər. İradə xanım da məhz əsl Azərbaycan qadınıdır.

Ölkədə yeganə qadın icra başçısı olan belə bir qayğıkeş insan qarşı bəzi ürəkbulandıran cızma-qaralar yazmaq ən böyük vicdansızlıqdır. Qadın ürəyi, ana ürəyi hər zaman həssas olur, xeyirxahlığa can atır.

Abşeron rayonunda bir çox işlər görülür, əhalinin qayğısına qalınır, problemlərin həllinə çalışılır, icra başçısının müxtəlif kənd və qəsəbələrdə görüşləri təşkil edilir.

Bu görüşlərdə hər kəsin fikrini, şikayətini, istək və arzusunu diqqətlə dinləyib əlindən gələni əsirgəməyən bir xanıma qarşı belə qarayaxmalar sadəcə olaraq təəssüf doğurur. Onun xarakterini mənfi qələmə verərək, mənfi obraz yaratmağa cəhd edənlər həqioqətən də insafsızlıq edirlər.

Bir insanı tanımadan, onun gördüyü müsbət işləri görməməzliyə vurmaq, nə jurnalist etikasına, nə də vətəndaş mövqeyinə uyğun deyil. İradə Gülməmmədova Abşeron rayonunda mərhəmət timsalı yardıb.

Mən də bir Azərbaycan qadını olaraq arada bir müxtəlif böhtançı məlumatların yaıldığını görürəm və öz vətəndaş mövqeyimi göstərərək, buna susmamağa qərar verdim.

Abşeron sakini olaraq İradə xanımın fəaliyyətini izləyirəm, onun bütün gördüyü işləri müşahidə edirəm.

Hesab edirəm ki, İradə xanım Abşeron rayonunda öz boynuna düşən vəzifəni tam layiqincə yerinə yetirir, öz mərhəmət hisslərini, sadəliklə sakinlərdən əsirgəmir. Çünki biz bu rayonun real sakinləriyik. Onun haqqında yazılan mənfi yazılar isə həqiqəi əks etdirməyən məqsədyönlü, qarayaxma və şantaj xarakterli, araşdırlmadan deyilən böhtanlardır.

Sədaqət Əliyeva
(Şadlınskaya)

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi