Bizi izləməyi unutmayın

#Ölkə

Elman Nəsirov:"Bu mənə qarşı həyata keçirilən qarayaxma, gözdənsalma kampaniyasıdır”

4-03-2019, 13:00 | 1422 dəfə baxılıb.

“Əgər kişisənsə mənim yazdığım və ya dediyim o fikrin mənbəyini göstər. Mən bu fikri harada demişəm. Amma mənbəni göstərə bilmirsənsə, deməli nakişisən. Gedib oturublar xaricdə, onlara komanda gələn kimi başlayırlar qarayaxma, təhqir, söyüş, gözdənsalma kampaniyasına… Bu mənə qarşı Fransaya sığınan Məhəmməd Mirzəli tərəfindən heç bir fakta söykənmədən edilən həyata keçirilən qarayaxma, gözdənsalma kampaniyasıdır”.Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Elman Nəsirov barəsində Azərbaycan bayrağına dəyişiklik edilməsi barədə sosial şəbəkədə yayılan xəbəri şərh edərkən deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə Sərdar Cəlaloğlu ilə debatda ad çəkmədən dedim ki, Fransada əyləşən birisi Azərbaycanda xaos yaratmağa çalışır:

“Ona göz ağardılanda qayıdıb dedi ki, mən yaxşı mənada xaos deyirəm. Mən də ona cavabımda dedim ki, xaosun yaxşısı-pisimi olur?!. Ondan sonra ona sifariş gəlib ki, sən otur Elman Nəsirov barəsində belə bir uydurma fikir yaz. Onlar da mənim yerimə həqiqətə uyğun olmayan fikirlər yazıb paylaşırlar. Bu insanları ləkələmək üçün yeni bir texnologiyadır”.

Elman Nəsirov bildirib ki, bununla məni sıradan çıxarmağa çalışırlar: “Çünki mən YAP Beynəlxalq əlaqələr komissiyasının katibiyəm, politoloqam, deputatam, prezident İlham Əliyevin yürütdüyü siyasəti təşviq edən bir insanam. Biz onun siyasətini təbliğ edəndə ilk növbədə cənab prezidenti hədəf seçirlər. Onun yürütdüyü siyasətə kölgə salırlar, hətta bir çox hallarda təhqirə keçirlər ki, bu da qətiyyən yolverilməzdir. Bu əməllərinə görə, bu insanlar cinayət məsuliyyəti daşıyırlar. Onlar bu cinayətkar əməllərinə görə həbs edən zaman onları siyasi məhbus kimi qələmə verirlər”.

Deputat qeyd edib ki, radikal müxalif qüvvələr ölkədə təhqiri, söyüşü, böhtanı siyasətə gətiriblər və bundan da geninə-boluna istifadə edirlər. “Hesab edirəm ki, cəmiyyət onların mənim barəmdə dediklərinə inanmır. Məni tanıyanlar mənim belə insan olmadığımı yaxşı bilirlər. Bu fikirlər onların səviyyəsinin bir göstəricisidir. Təəssüflə qeyd edirəm ki, bu gün müxalifət düşərəgəsində normal adam tapıb polemika aparmaq ciddi bir problemə çevrilib. Filosof Diagenin bir sözü var. Günün günorta çağında əlində fənərlə gəzərmiş. Ondan soruşanda ki, bu işıqda fənərlə nə axtarırsan? Cavabında deyib ki, insan axtarıram. Sözün əsl mənasında bu gün müxalifət düşərgəsində insan axtarırıq elmi dildə polemikaya girək”, – deyə o, vurğulayıb.


S.Cəlaloğlu ilə dialoquna toxunan E.Nəsirov deyib ki, bu insanın 5 dəqiqə dinləmək mədəniyyəti və qabiliyyəti yoxdur:

“Ancaq bağırır, qaragüruhçuluq edir. Belə insanlarla necə dialoqa getmək olar. Nitqləri yetərincə söyüşlə doludur. Siz təsəvvür edin ki, S. Cəlaloğlu mənə dedi ki, məgər mən xiyaram?! Bu səviyyədə insanlar var. Bu insanlar bir şeyi – söyüşü, təhqiri bacarırlar. Bu yolla insanları alçaltsınlar”.
Deputat bu, ləkələmə kampaniyasını həyata keçirənlərə qarşı hüquqi müstəvidə addım atacağını da dilər gətirib:

“Bu barədə düşünürəm. Bu məsələlərə son qoyulmalıdır. Bunlarla normal danışıqdan anlamırlar və keçiblər təhqirə, iftiraya, ləkələməyə… Bu məsələ hüquqi müstəvidə həll olunarsa yüz faiz mən qalib gələcəyəm. Çünki məhkəmədə onlar mənim bu fikri hansı media orqanına dediyimi sübut edə bilməyəcəklər. Deyəndə ki, əgər kişisinizsə, gəlin kişi kimi söhbət edək və mən bu fikri harada demişəm. Onu deyə bilməyəcəklər. Çünki mən belə ifadələrin müəllifi deyiləm. Amma məsələnin digər bir məqamı var. Bu da ondan ibarətdir ki, onlar məhkəməni uduzan kimi özlərini siyasi məhbus kimi qələmə verəcəklər. Problem bundadır. Odur ki, bu problem ümumiyyətlə həllini tapmalıdır. Bu gün sosial şəbəkələrdə sözün həqiqi mənasında bir xaos hökm sürməkdədir və saxta profillər arxasında fəaliyyət göstərənlər səsləndirdiyi fikirlərə görə məsuliyyət daşımırlar. Bu istiqamətdə hüquqi addımların atılmasının zamanı gəlib çatıb. Əks halda cəmiyyətin üzdə olan insanları beləcə ləkələyirlər. Ən pisi odur ki, bəzi insanlar bu deyilənlərə inanmaq istəyirlər. Doğrudanmı belə şeylər deyilib?! Bu Almaniyada faşistlərdən birinin fikridir. Yalan o qədər qüvvətli olmalıdır ki, xeyli insan ona inana bilsin. Onlar da bax faşistlərin seçdiyi yolu seçiblər”- E.Nəsirov qeyd edib.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Siyasət

Elman Nəsirov:"Paşinyan bir yandan Rusiya mütəffiqdir deyir, bir tərəfdən Putin dostumdur deyir"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Müsahibə

Millət vəkili:"Ərəb turistlərin hesabına nə qədər insanımız işləyir, evinə pul aparır"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet

Azərbaycan əleyhinə təbliğat aparan blogerlər Azərbaycana gətirilə bilər

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının