Nazir müavini Firdovsi Əliyev:" Azərbaycanda meşələrə kənar müdaxilələr olduğu zaman çəpərlənəcək"



Azərbaycanda meşələrə kənar müdaxilələr olduğu zaman çəpərlənəcək.Demokrat.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.Onun sözlərinə görə, meşələrin çəpərlənməsi daimi proses olmayacaq:“Meşələrdə təbii bərpa prosesi baş verdikdən sonra meşələrdəki çəpərlər sökülür. Başqa ərazilərdə çəpərlənmə işləri aparılır. Belə bir təcrübə Qırğızıstanda da var”.Nazir müavini bildirib ki, bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır:“Bu halların qarşısının alınması üçün meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar”.Firdovsi Əliyev xaricdən ting gətirən iş adamlarına da müraciət edib:“ETSN-nin kifayət qədər yerli şəraitə uyğunlaşdırılmış tingləri var. Buna görə də xaricdən tinglərin gətirilməsinə ehtiyac yoxdur”.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi