Qazax rayonunda tarixi tikiliyə etinasızlıq-Daha ətraflı xəbəri oxu



1879-cu ildə Qazax rayonunun İkinci Şıxlı kəndində rus- tatar məktəbinin bünövrəsi qoyulub. Məktəbin tikintisi Nəsib koxanın rəhbərliyi və kənd camaatınının köməyi ilə 1886-cı cı ildə başa çatır. Həmin dövrdə məktəbə əslən Zakataladan olan İsa Abakarov rəhbərlik edır. Az vaxtda kənd camaatı yüksək səviyyədə təhsilə sahıb olur. Həmin məktəbdə Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Akademik Teymur Bünyadov, Mansur Mansurov, Telman Nəbiyev və s. ziyalılar yetişib.

Ancaq təəssüflər olsun ki, həmin məktəb bu gün bərbad haldadır. Ən azından bu məktəbi muzey halına çevirib yaşatmaq olardı. Ancaq nə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nədə ki, rayon rəhbərliyi bu tarixi bina ilə maraqlanmır.

Bu köhnə bina isə günü -gündən uçub dağılır. Kənd camaatı isə aidiyyatı orqanların bu qədim tikili haqqında düşünəcəkləri günü səbirsizliklə gözləyir və inanırlar ki, bu tarixi məktəb azından muzey halına çevriləcək.Qafqazinform.az


Analoq.az

Qazax rayonunda tarixi tikiliyə etinasızlıq-Daha ətraflı xəbəri oxu
Qazax rayonunda tarixi tikiliyə etinasızlıq-Daha ətraflı xəbəri oxuскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi