Bizi izləməyi unutmayın

#Ölkə

Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib

26-03-2019, 13:00 | 812 dəfə baxılıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” və “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı əsərləri Buxarestdə rumın dilində çap olunub.
AZƏRTAC xəbər verir ki, artıq on üçüncü dildə nəşr edilmiş əsərdə son iki əsrdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur. Kitabın rumun dilinə tərcüməsinə məsul Vaqif Həsənovdur.

Mənbələrə əsasən kitabda təsdiq edilir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb. Kitabda göstərilir ki, XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdıqdan sonra, erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub və öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar.
Ümumiyyətlə, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Monoqrafiyada 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımılarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsı elmi mənbələrə əsasən tədqiq edilir.

Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər və xəritələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da yer alıb.

Bununla yanaşı, əsərdə XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlığı, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır.

Müəllif göstərir ki, bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, bu illərdə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq daha 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) işğal edib. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı öldürülüb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, bir milyona yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilib.
Xüsusilə əsərdə XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirilir. Əsərdə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir.

Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bu strateji əhəmiyyətli ərazinin tarixinə nəzər salınır, Xocalı şəhərinin əhəmiyyətini artıran səbəblər göstərilir.

Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri ən ağır cinayət kimi araşdırılan kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülən işlər, xüsusilə, Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq olunur. Həmçinin, kitabda Xocalı soyqırımının tanınması ilə bağlı indiyə kimi qəbul edilən sənədlər də öz əksini tapmışdır.

Əsərdə müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımılardan heç də geri qalmır və adıçəkilən hadisələr dinc əhalinin soyqırımı olaraq bütün dünyada geniş əks-səda doğurub.

Kitab Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.


Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımların müasir tədqiqinin hüquqi əsasları

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Əli Həsənovun doğum günüdür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Siyasət

Xocalı soyqırımı ilə bağlı Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya təşkil edilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının