Bizi izləməyi unutmayın

#Ölkə

Mətbuat şurasının sədri «Mediasiya haqqında» Qanun layihəsi ilə bağlı çıxış edib

29-03-2019, 16:00 | 1012 dəfə baxılıb.

Mətbuat Şurasının Sədri,millət vəkili Əflatun Amaşov Milli Məclisin bu gün keçirilmiş plenar iclasında «Mediasiya haqqında» Qanun layihəsi ilə bağlı çıxış edib.Analoq.az həmin çıxışı olduğu kimi təqdim edir:

«Mediasiya haqqında» Qanun layihəsini nəzərdən keçirdim. Ümumən belə bir qanunun olması son dərəcə vacibdir. Əvvəla qanunvericiliyimiz zənginləşir. Cəmiyyətdəki mübahisələrin qabaqcıl dünya təcrübəsinə əsasən həlli yollarını təkmilləşdirmiş oluruq.

Təcrübədə bəzən çox xırda mübahisələrin belə məhkəməyə daşındığını görürük. Bu, məhkəmələrin yükünü artırır. Hesab edirəm ki, qanunun icrası bu yükü əhəmiyyətli dərəcədə azaldacaq.

Rəhbərlik etdiyim Mətbuat Şurası ilə kiçik müqayisə apardım. Danılmaz faktdır ki, Mətbuat Şurasının fəaliyyəti media ilə bağlı məhkəmə proseslərinin sayının ciddi azalmasına səbəb olub. Təsəvvür edin, Şuraya il ərzində ayrı-ayrı vətəndaşlardan 700-ə yaxın şikayət məhkəmələrə ünvanlansaydı, nə baş verərdi. Müzakirə etdiyimiz qanun layihəsinə əsasən yaradılacaq Mediasiya Şurasının da bu baxımdan əhəmiyyətli rol oynayacağına inanıram.

Əlbəttə, mediasiya özü Azərbaycan ictimaiyyəti üçün yenilikdir. Düşünürəm ki, bununla, ümumən qanunla bağlı ictimai müzakirələr təşkil edilməlidir. Cəmiyyət belə bir institutun olmasından, faydasından daha çox xəbərdar olmalıdır.

Daha bir məqama da diqqət yetirmək istəyirəm. Layihə xeyli əhatəli hazırlanıb. Orada mediasiya prosesindəki demək olar, bütün cəhətlər nəzərə alınıb. Qanun imkan verəcək ki, mediasiya həyatımızın ən müxtəlif sahələrindəki mübahisələrə nüfuz etsin, onların aradan qaldırılmasına kömək göstərsin. Amma bu institutu işlək hala gətirmək istəyiriksə, ilk növbədə maliyyəsinə önəm verməliyik. Qanun layihəsinin yalnız 19-cu maddəsində qeyd edilir ki, Mediasiya Şurasının əmlakı üzvlük haqları, qrantlar, ianələr və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Mətbuat Şurasının uzunmüddətli təcrübəsindən faydalanıb deyə bilərik ki, Mediasiya Şurası ciddi maliyyə mənbəyi olmasa, ən azı ilk dövrlərdəki fəaliyyətini geniş anlamda qurmaqda çətinlik çəkəcək. Ona görə də bir sıra təkliflər vermək istərdim.

Birincisi, əmlakın formalaşması yolları ilə qurumun maliyyələşməsi məsələsi ayrılıqda götürülməlidir. Yəni maliyyələşmə yolları ayrıca maddədə göstərilməlidir. İkincisi, dövlət bu qanunun qəbulunda maraqlıdır, demək ki, ictimai münasibətlərin tənzimlənməsində səmərəliliyi artırmaq istəyir. Maliyyələşmədə üzvlük haqları, qrantlar, ianələr və qanunla qadağan olunmayan digər mənbələrin olması yaxşıdır. Buna etirazım yoxdur. Ancaq daha yaxşı olar ki, Mediasiya Şurasının fəaliyyətinin səmərəli qurulması üçün mütəmadi vəsait olsun. Bu da indiki şəraitdə yalnız dövlət vəsaiti ola bilər.

Sonda bir daha deyim ki, belə bir qanunun olması çox vacibdir. Heç şübhəsiz, faydalı nəticələr verəcək. Ancaq gəlin, elə edək ki, səmərərilik maksimum dərəcədə təmin olunsun. Bunun üçün isə Mediasiya Şurasının digər mənbələrlə yanaşı, dövlət büdcəsindən də maliyyələşməsi zəruridir".

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet

Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsinə öz əksini tapıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Siyasət

Yaxın zamanda layihə Tramp tərəfindən təsdiqlənəcək

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Siyasət

Deputata vəzifə verilir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının