Qarabağ qaziləri Quba soyqırımı məzarlığını ziyarət etdilər



31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin və Laçın, Qubadlı, Cəbrayıl, Xocalı, Xətai, Binəqədi, Suraxanı, Sabunçu rayon təşkilatlarının üzvləri Qubada ermənilərin törətdiyi qanlı soyqırımı qurbanlarının kütləvi məzarlığını ziyarət etmiş, faciə qurbanlarının əziz xatirəsini ehtiramla anmışlar.

Burada ziyarətçilərə 1918-ci ildə xalqımızın başına gətirilən dəhşətlərlə bağlı məlumat verilib. Bildirilib ki, məzarlıqda ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlIlar basdırılıb. İndiyədək məzarlıqda 400 insan qalığı tapılıb. Məzarlıq 2007-ci ildə Qubada stadionun tikintisi zamanı aşkarlanıb. Ərazidə aşkar edilən iki kanal skeletlərlə doludur. Bu, ermənilərin 96 il əvvəl Qubada soyqırımı həyata keçirdiyini sübut edir. Həmçinin Quba hadisələri zamanı 17 minədək insanın qətlə yetirildiyi, 22 kəndin tamamən yandırıldığı diqqətə çatdırılıb.

Qeyd olunub ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq məzarlıq ətrafında muzey kompleksi inşa edilib. Daha sonra ziyarətçilər Quba Memorial Soyqırım kompleksində yaradılan muzeyə baxış keçirib.

Məlumat verilib ki, kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Analoq.az

Qarabağ qaziləri Quba soyqırımı məzarlığını ziyarət etdilər
Qarabağ qaziləri Quba soyqırımı məzarlığını ziyarət etdilər
Qarabağ qaziləri Quba soyqırımı məzarlığını ziyarət etdilər
Qarabağ qaziləri Quba soyqırımı məzarlığını ziyarət etdilər
Qarabağ qaziləri Quba soyqırımı məzarlığını ziyarət etdilər
Qarabağ qaziləri Quba soyqırımı məzarlığını ziyarət etdilər
Qarabağ qaziləri Quba soyqırımı məzarlığını ziyarət etdilərскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi