Yunanıstan və Bolqarıstan Azərbaycan qazının nəqli layihəsi üzrə yeni qrafiklə bağlı razılıq əldə edib



Yunanıstan və Bolqarıstan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin reallaşdırılmasının yeni cədvəli ilə bağlı razılıq əldə edib.

Analoq.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Energetika Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, razılıq Bolqarıstanın energetika naziri Temenujka Petrova və Yunanıstanın ətraf mühit, energetika və iqlim naziri Yorqos Statakis arasında görüş zamanı əldə olunub.

Nazirlər Trans-Adriatik boru kəmərinin (TAP) 2020-ci ildə işə salındıqdan sonra IGB layihəsinin istifadəyə verilməsi ilə əlaqədar yeni qrafik üzərində işləməyə hazır olduğunu bildirib.

Nazirlər vurğulayıb ki, əsas prioritet layihə çərçivəsində dövlət satınalmalarının uğurla başa çatmasıdır:

"Layihə üzrə bütün tenderlərin aprelin sonunadək başa çatması gözlənilir".

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi