300 min dolları ələ keçirib Şimali Qafqaza qaçan azərbaycanlı kimdir...




Şimali Qafqazda, Kabardin-Balkar Muxtar Respublikasının Leskensk rayonunda dələduzluğa görə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı tutulub.

Analoq.Az Virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxs “Urux” federal nəzarət-buraxılış məntəqəsində əl keçib.

Bu şəxs xüsusilə iri məbləğdə dələduzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Onun dələduzluq əməli nəticəsində dəymiş ziyan 284 min dollardan çoxdur. Şəxsin barəsində Azərbaycanda qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

Leskensk rayon prokurorluğu yerli məhkəməyə bu şəxsin həbs edilməsi barəəd vəsadət verib, məhkəmə vəsadəti təmin edib. Hazırda şəxsin barəsində ekstradisiya materialları Kabardin-Balkar prokurorluğuna göndərilmək üçün hazırlanır. Oradan isə materiallar Rusiya Baş Prokurorluğuna göndəriləcək. Ekstradisiyaya qədər həmin şəxs Kabardin-Balkar təcridxanasında saxlanılacaq.

Analoq.Az


300 min dolları ələ keçirib Şimali Qafqaza qaçan azərbaycanlı kimdir...скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi