Ağdam rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsinin problemləri ilə maraqlanıb



Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ağdam şəhərindən məcburi köçkün hazırda rayonun Qaradağlı kəndində müvəqqəti məskunlaşmış 3 şəhid - Allahverdiyev İnqilab, Allahverdiyev Vaqif və Allahverdiyeva Tərlanın anası Allahverdiyeva Qənirənin yaşadığı evdə olmuş, şəhid ailəsinin problemləri ilə yerindəcə maraqlanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasını dinləmiş və onun probleminin həlli üçün müvafiq göstərişlər vermişdir. Şəhid anası öz növbəsində rayon İcra Hakimiyyətinin başçısına onun ailəsində qonaq olduğuna və problemləri ilə yerində maraqlandığı üçün təşəkkürünü bildirmişdir.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi