ƏSAS SƏHİFƏ Ölkə Ağdam Muğam Mərkəzində ilk konsert olub

Ağdam Muğam Mərkəzində ilk konsert olub


Quzanlı qəsəbəsində ötən ay istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində ilk konsert olub.
Rayon ictimaiyyətinin nümayəndələri, muğamsevərlər, ərazidəki N saylı hərbi hissənin zabit və əsgərləri tanınmış və gənc xanəndələrin ifasında muğam və təsniflər dinləyiblər.
Əməkdar Artist Azad Şükürovun aparıcılığı ilə keçən konsertdə xalqımızın zəngin milli-mənəvi sərvəti olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən işlərdən, Qarabağ muğam məktəbinin nümayəndələrinin Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına təsirindən, Ağdam Muğam Mərkəzinin inşa edilməsinin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışı bu il noyabrın 5-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilib. 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur. Muğamın təbliğinə və onun yaşadılmasına xidmət edəcək Ağdam Muğam Mərkəzi öllkəmizdə musiqi mədəniyyətinin inkişafına böyük töhfədir.
Respublikanın Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar artistlər Təyyar Bayramov, Feruz Səxavət, Cabir Abdullayev, Elza Qaybalıyeva və Səbuhi İbayevin, “Muğam televiziya müsabiqəsi" nin qalibləri Pərviz Qasımov və Səbinə Ərəblinin, "Qarabağ", "Mahur" və "Şur" ansambllarının çıxış etdiyi konsert əsl muğam bayramına çevrilib. Anşlaqla keçən konsert ağdamlılar tərəfindən maraqla qarşılanıb.

Analoq.Az


Ağdam Muğam Mərkəzində ilk konsert olub
Ağdam Muğam Mərkəzində ilk konsert olub
Ağdam Muğam Mərkəzində ilk konsert olub
Ağdam Muğam Mərkəzində ilk konsert olub
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu