Ağdam rayonunda Milli Dirçəliş günü təntənə ilə qeyd olundu




17 noyabr Milli Dirçəliş günü münasibətlə Ağdam rayonunda tədbir keçirilmişdir. Tədbirdə Ağdam rayonu İcra Hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat və o cümlədən ictimaiyyət nümayəndələri iştirak edirdilər. Azərbaycan dövlət himni səsləndikdən sonra giriş sözü ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısının müavini Ağa Zeynalov və digərləri çıxış edərək 17 noyabr Milli Dirçəliş günü haqqında geniş məlumat veriblər. Bildirib ki, bu gün respublikamızın hər bir yerində olduğu kimi, qeyd etdiyimiz 17 noyabr Milli Dirçəliş günü xalqımızın tarixində bənzəri olmayan hadisələrdən biridir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer tutur. Daha sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənav Vaqif Həsənov çıxış edərək, 17 noyabr Milli Dirçəliş gününun xalqımızın milli azadlıq hərəkatının başlanğıcı kimi önəmindən danışdı. Rayon İcra Hakimiyyəti başçısı Tarixin dəfələrlə müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətin olduğunu sübut etdiyini qeyd edərək, Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmasını, Heç bir qüvvənin xalqın əzmini qıra bilmədiyini bildirmişdir. Qeyd etmişdir ki, Belə bir ağır vəziyyətdə xalqımızn böyük oğlu, ümummilli lider, müdrik dövlət xadimi Heydər Əliyevin özünün bütün varlığı ilə vətəninə, öz doğma millətinə bağlı olduğunu bir daha sübut edərək, bu ağır həm də şərəfli missiyanı öz üzərinə götürdüyunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu gün Azərbaycan gələcəyə inamla baxır ona görə ki, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev ölkəmizi işıqlı gələcəyə, yeni uğurlara inamla aparır. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçıları adından təbrik məktubu oxunub.

Analoq.Az


Ağdam rayonunda Milli Dirçəliş günü təntənə ilə qeyd olundu
Ağdam rayonunda Milli Dirçəliş günü təntənə ilə qeyd olundu
Ağdam rayonunda Milli Dirçəliş günü təntənə ilə qeyd olundu
Ağdam rayonunda Milli Dirçəliş günü təntənə ilə qeyd olundu
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi