Deputat:"Bayram kimi özünü apara bilməyən bir neçə adamlar var ki, efirə buraxırlar"




Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev ekstrasens Bayram Nurlunun bələdiyyə seçkilərində namizədliyini verməsi barədə yayılan xəbərlərdən danışıb.

Analoq.Az xəbər verir ki, deputat Demokrat.az-a açıqlamasında bildirib ki, Bayram Nurlu Azərbaycan cəmiyyətinə yad olan şəxsdir:

"Ancaq onu da nəzərə almaq lazımdır ki, hər bir Azərbaycan vətəndaşının seçkilərdə iştirak etmək, namizədliyini irəli sürmək, seçmək və seçilmək hüququ var. Seçkilərdə namizədliyini vermək Bayram Nurlunun hüququdur. Əsas vətəndaşların onun namizədliyinə münasibəti nə olacaq, bu maraqlıdır. Əlbəttə ki, əgər vətəndaşlar onu qəbul etmirsə, deməli seçməyəcəklər".

Tahir Rzayev Bayram Nurlunu hərəkətlərinə görə də qınayıb:

"Hamı ağıllı ola bilməz. Əgər Bayram Nurlu ağıllı olsaydı, efirdə elə danışmazdı, özünü o formada nümayiş etdirməzdi. Mən belə adamları görəndə təəccüblənirəm ki, axı nəyə görə Allah buna bu qədər boy-buxun verib, ancaq ağıl verməyib! Bayram Nurlu çox söz deyə bilər. Lap o deyə bilər ki, mən ABŞ prezidenti olmaq istəyirəm. yaxud da özünü yüksək postlarda görə bilər. Əsas xalqın münasibəti və seçimidir".

Deputat Bayram Nurlunu efirə buraxan telekanal rəhbərlərini də tənqid edib:

"Onun kimi özünü apara bilməyən bir neçə adamlar var ki, efirə buraxırlar. Bu adamlarda günah görmürəm. Günah telekanallardadır".

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi