Bizi izləməyi unutmayın

#Ölkə

Elina ilə bağlı – Yeni xəbər

1-05-2019, 10:36 | 922 dəfə baxılıb.


Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın işi ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən zərərçəkmişin hüquqi varisinin vəkilləri və nümayəndələri - Azər Nağıyev, Sevinc Əliyeva və Emin İsayev prosesə cəlb edilib.

Analoq.Az xəbər verir ki,bu barədə Report-a E.İsayev məlumat verib.

Onun sözlərinə görə, aprelin 23-də zərərçəkmiş E.Hacıyevanın hüquqi varisi, onun anası Sevil Hacıyeva ilə ödənişsiz hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanılıb və onun hüquqlarının və qanuni maraqlarının müdafiəsini vəkillər üzərlərinə götürüb:

"Müqavilə bağladıqdan sonra əvvəl Elina Hacıyevanın anası Sevil Hüseynova ilə görüşdük və hadisə ilə bağlı ona məlum olan bütün hallar, habelə, onu narahat edən məqamlar barədə ətraflı söhbət etdik. Bundan sonra Bakı şəhər Prokurorluğu tərəfindən zərərçəkmişin hüquqi varisinin vəkilləri və nümayəndələri kimi prosesə cəlb edildik".

E.İsayev qeyd edib ki, hazırda Bakı şəhər Prokurorluğu tərəfindən intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM) 125-ci (özünü öldürmə həddinə çatdırma), 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə açılmış cinayət işi üzrə ibtidai istintaq aparılır.

İbtidai istintaqın aparılması müstəntiq E.Cəlilova həvalə olunub, 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova barəsində CM-nin 143 və 314.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Vəkil bildirib ki, E.Hacıyevanın ölümündə digər şəxslərin, o cümlədən ona tibbi yardım göstərən həkimlərin təqsirinin olub-olmamasına ibtidai istintaq orqanından müdafiəçilərə məlumat verilib: "Deyilib ki, bu istiqamətdə araşdırmalar davam edir. Belə ki, cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, onun həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması (bu fakt danılmazdır) ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Müstəntiq bildirdi ki, ekspert rəyindən həkimlərin məsuliyyət məsələsi aydınlaşacaq.

Onu da qeyd edək ki, ekspert rəyi ilə tanış olduqdan sonra onun obyektivliyi barədə fikrimizi geniş şəkildə bildirəcəyik. Belə ki, bu rəyin dolğun olması və həqiqəti əks etdirməsi iş üzrə mühüm əhəmiyyət kəsb edir. Hazırda cinayət işi üzrə Bakı şəhər Prokurorluğu tərəfindən istintaq-əməliyyat tədbirləri davam etdirilir. Əksər məlumatlar vəkil və istintaq sirrinə aid olduğundan hələ ki, onlar barədə açıqlama verə bilmirik. Lakin söz veririk ki, iş üzrə ədalətin bərqərar olması və Elinanın faciəvi ölümündə təqsirkar şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik".

E.İsayev vurğulayıb ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər gün E.Hacıyevanın müdafiəçiləri ilə əlaqə saxlayaraq işin gedişatı ilə maraqlanır: "İş üzrə hər hansı bir qanunsuz halla rastlaşsaq dərhal bu barədə ona məlumat verməyimizi xahiş edir. İşi diqqətdə saxlayan və obyektiv qaydada işıqlandıran media nümayəndələrinə təşəkkürümüzü bildiririk".

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Sevinc Abbasova valideyini və onun uşaqlarını ölümlə hədələyib -Şok faktlar üzə çıxdı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet

Elinanı ölümə sürükləyən bu oğlan olub-Rəfiqəsi hər şeyi etiraf elədi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Özünü atan qızın anası danışdı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının