Bizi izləməyi unutmayın

#Ölkə

“QIZIM TƏHQİR OLUNUB, ONA ƏXLAQSIZ DAMĞASI VURULUB…” – İntihara cəhd edən şagirdin atası

10-05-2019, 18:48 | 1462 dəfə baxılıb.



Paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəb həmin məktəbin şagirdinin müəllimlərin təzyiqinə görə dərman içərək intihara cəhd etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Məktəbdən ONA-nın sorğusuna verilən cavabda bildirilir ki, aprelin 30-da təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib: “Evə təcili tibbi yardım çağırılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub, uşağa müvafiq psixoloji yardım göstərilib. Hər zaman valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması tövsiyə olunur”.

109 nömrəli məktəbin V sinif şagirdi F.Ə.-nin atası Şamxal Əliyev isə ONA-ya açıqlamasında iddia edib ki, övladı məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd edib: “Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar müəllim və informatika müəllimi Nigar müəllim qızıma dəfələrlə təzyiq göstəriblər. Qızım başqa müəllimin yanına hazırlığa getdiyinə görə dəfələrlə lövhə qabağında təhqir olunub, ona əxlaqsız damğası vurulub”.

Şamxal Əliyev deyib ki, qızı 6 qutu dərman atıb: “Bir uşağın taleyi ilə belə oynamaq olmaz. Qızım komadan 18 saat sonra ayılıb. Mən ölkə rəhbərliyinə, Təhsil Nazirliyinə, Baş prokurora və daxili işlər nazirinə müraciət edərək, bu hadisənin doğru araşdırılmasını xahiş edirəm”.

Ş.Əliyev qeyd edib ki, baş verən hadisə ilə bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb: “Dünən prokurorluq əməkdaşları qızımı və sinif yoldaşlarını prokurorluğa çağırmışdılar. Bu hadisə qızıma təkrar sarsıntı yaşadıb və o, dünən təkrar intihara cəhd edib. Bu uşaqların cəmi 11 yaşları var. Yaxşı olardı ki, onlar məktəbdə, psixoloqun iştirakı ilə dindirilsinlər”.

Atası hazırda övladının məktəbə getmədiyini bildirib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov ONA-ya açıqlamasında qeyd edib ki, sözügedən məktəbli şöbədə 3 sutka qalıb: “Dərmanların əlavə təsiri vardı. Psixoloji durumu gərgin idi. Ona görə psixoloq da gəldi, bir az söhbət elədi. Bizə intihara cəhd haqqında heç nə demədi. Haradasa 5 gün bundan əvvəl onu evə yazmışıq. Öz ayağıyla, rahat şəkildə evinə gedib”.

reportyor.info

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

Özünü atan qızın anası danışdı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Təcili Tibbi yardım çağırışlara vaxtında gəlmir.Növbəti şikayət jurnalistdən gəldi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Dünya

Rusiyada qalmaqal: Məktəbdə 28 yaşlı müəllimə 8-ci sinif şagirdi ilə... - FOTOLAR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının