Rövşən Məmmədov AzTV - dəki 13 illik "Qara siyahı"nı yandırdı və qadağanı götürdü"



Televiziya xalqın güzgüsüdür. Bu güzgüdən baxanda hər şey aydın görünür. Əgər orada obyektivlik, qərəzsizlik, hadisələrə real baxış varsa... Son dörd ayda ziyalılara və tamaşaçılara istinadən, verilişlərin səviyyəsi, tərəqqisi, yeniliyinə söykənərək deyə bilərəm ki, ən çox baxılan və bəyənilən doğma, ana televiziyamız AZTV kanalıdır. Sual doğur - niyə? Çünki kanal dövlət və dövlətçiliyimizi, siyasi, iqtisadi, sosial, mədəniyyət, idman sahəsindəki uğurlarımızı, milli-mənəvi dəyərlərimizi, mədəni irsimizi obyektiv şəkildə təbliğ edir.

Bu təbii ki, ilk növbədə AZTV -nin kollektivinin yüksək peşəkarlığının, məsuliyyətinin, ideal idarəetmə bacarığı ilə seçilmələrinin nəticəsidir. Dünya azərbaycanlıları ilə qurulan əlaqələr, dünyaya Azərbaycan həqiqətlərinin çatdırılması yollarında aparılan işlər, mədəni irsimizin bir qolu olan muğamlarımızın, ozan sənətimizin, milli rəqslərimizin təbliği kanalla tamaşaçı arasında bir inam körpüsü yaradır. Şəhid ailələri ilə qurulan münasibət, müntəzəm onlarla əlaqə, döyüşən əsgərlərlə əlaqədar görüşlərin təbliği kanalın xalqa daha yaxın olmasından xəbər verir. Şəxsi münasibətlər bu kanalın iş prinsipinə ziddir. Bunu biz həm tamaşaçı, həm də bir ziyalı olaraq efirdən aydın görürük. Son aylarda AZTV--nin sədr səlahiyyətlərini icra edən, filologiya elmləri doktoru, peşəkar telejurnalist, alim Rövşən Məmmədovun xidmətilərini, professionallığını söyləməmək günah olar. Rövşən bəyin hər bazar günü vəzifəsi yüksəlsə də tamaşaçılarla siyasi-analitik proqramla görüşə gəlməsi AZTV-nin tarixində analoqu olmayan hadisə, sadəlik nümunəsidir. 13 il qadağada olan sənət adamları Rövşən bəy tərəfindən bəraət aldı, ekrana dəvət aldılar. Qara siyahı yandırıldı. Bədii Şura yaradıldı.
Regionların sosial-iqtisadi inkişafı müntəzəm olaraq obyektiv şəkildə işıqlandırılır. Kanalın daha bir müsbət cəhəti ondadır ki, aparıcılar ənənəvi olaraq sırf Azərbaycan ədəbi dilində danışır. Rus sözlərindən və ifadələrindən istifadə edilmir. Deməli Azərbaycan ədəbi dilinin incəlikləri qorunub saxlanılır. Ökədə baş verən olaylar,.tədbirlər kanalın xəbərlər buraxılışında qərəzsiz şəkildə təqdim edilir.

Sevindiricidir ki, bu kanala bütün ailələr birgə baxa bilir. Çünki onlar bu obyektiv, dəyərli dövlət kanalına inanırlar. AZtV kanalına baxan hər kəs bəhrələnir, kanalı dəyişmək istəmir. Bu kanala rəhbərlik edən şəxslər dövlətini, dövlətçiliyini sevən, onun bir əsgəri kimi keşiyində mübariz dayananinsanlardır. Bu gün AZTV ən baxımlı kanal olmaqla bərabər ziyalı bir kanaldır. Əgər bir kanalda ziyalılıq varsa, deməli orda azərbaycançılıq var. Var olsun özünün tərəqqi, inkişaf dövrünü yaşayan bənzərsiz AZTV-ana televiziyamız.

İstər xəbər, istər mədəniyyət, istərsə də şou sahəsində bol yeniliklər və dəyişikliklər göz qabağındadır. Bir çox verilişlər, teleproqramlar ekran qarşısında intizarla oturan seyrçilərin zövqünü oxşayaraq tamaşaçı məhəbbəti qazanır.Yeni layihələr, çoxsaylı proqramlar kəmiyyət yox, keyfiyyət, bədiilik baxımından inkişafa aparır kanalı..Uğurlarınız bol olsun!moderator.az

Vüqar Əhməd,
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,
fillologiya elmləri doktoru, professor

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi