Leysan yağış nəticəsində Zərdabda ev uçub




Ötən gün Zərdaba yağan güclü yağış fəsadsız ötüşməyib.

Analoq.Az xəbər verir ki, ONA-nın yerli bürosunun xəbərinə görə, şəhərin Molla Vəli Vidadi küçəsi ev 3 ünvanında yaşayan Elnur Telman oğlu Cəfərova məxsus 3 otaq, mətbəx və artırmadan ibarət evin bir hissəsi uçub.

Ev sahibinin sözlərinə görə, ev rayona yağan güclü leysan yağdıqdan sonra uçub. 3 nəfər ailə üzvünün yaşadığı evin qalan hissəsi isə qəzalı vəziyyətdədir. Hazırda həmin evin qalan hissəsində yaşamaq təhlükəsizlik baxımından mümkün deyil.

E. Cəfərov yaranmış problemlə bağlı müvafiq qurumlara məlumat verdiyini bildirib.

Analoq.Az


Leysan yağış nəticəsində Zərdabda ev uçub
Leysan yağış nəticəsində Zərdabda ev uçub
Leysan yağış nəticəsində Zərdabda ev uçub

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi