Bizi izləməyi unutmayın

#Ölkə

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində Respublika Gününə həsr olunmuş tədbir keçirilib

24-05-2019, 15:30 | 692 dəfə baxılıb.




Mayın 24-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov milli dövlətçilik tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, keçdiyi şərəfli yoldan danışaraq qeyd etmişdir ki, bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Məmmədəmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Xosrov bəy Sultanovun, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqa adlarını qeyd etmədiyimiz şəxsiyyətlərin müstəsna xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin, bir sözlə, torpağı vətən yapmış babalarımızın adları xalqımızın yaddaşına əbədi həkk olunub.
Bəxtiyar Əsgərov diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın istiqlal tarixinin şanlı səhifəsidir. Cəmi 23 ay yaşamasına baxmayaraq, milli hökumətimizin keçdiyi şərəfli yol gələcək müstəqil dövlətçilik üçün mühüm siyasi və tarixi əsas yaradıb. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın ilk milli dövlətinin siyasi tariximizdə oynadığı rola böyük dəyər verərək deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributlarını – öz parlamentini, ordusunu və pul vahidini yaradaraq müstəqil, suveren bir dövlətə çevrilib. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. O dövrdə Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bəyan etdi. Bəyannamədə elan edilmiş prinsiplər – Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı”.
Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ötən əsrin əvvəllərində aparılan müstəqillik uğrunda mübarizənin nəticəsi kimi meydana çıxmışdır. 1918-ci il mayın 28-də Milli Şuranın tarixi iclasında qəbul edilən İstiqlal Bəyannaməsində qeyd olunurdu ki, bu gündən etibarən Azərbaycan Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən tamhüquqlu müstəqil dövlətdir. Xalq Cümhuriyyəti hökuməti çətin tarixi şəraitdə üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirmiş, Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilmiş, müstəqil dövlətçilik atributları - bayraq, himn və gerb yaradılmış, Azərbaycan dili dövlət dili elan edilmiş, pul və poçt markaları dövriyyəyə buraxılmışdı. Milli iqtisadiyyatın, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuşdur.
“Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimiz daha da möhkəmlənib. Ölkəmizdə demokratik prinsiplər bərqərar edilib, güclü ordu yaradılıb, müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Azərbaycan sübut edib ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. Bu varisliyin əyani ifadəsidir ki, 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80, 2008-ci ildə 90, 2018-ci ildə isə 100 illik yubileyləri ölkəmizdə yüksək səviyyədə qeyd olunub, Xalq Cümhuriyyətinə Xatirə abidəsi ucaldılıb, Cümhuriyyət tarixi ilə bağlı elmi-tədqiqatlar aparılıb, yubiley nəşrləri çap edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan bəhs edən Bəxtiyar Əsgərov Naxçıvanın o dövrkü vəziyyətinə də xüsusi diqqət yetirib. Vurğulayıb ki, o dövrdə Naxçıvan həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif maraqların toqquşduğu ərazilərdən birinə çevrilmişdi. Ermənilərin Naxçıvana hücumları isə vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və parlamenti Naxçıvanla bağlı bir sıra məsələləri diqqətdə saxlayır, hökumətin İrəvan və Tiflisdəki diplomatik nümayəndələri bununla bağlı səmərəli və işgüzar fəaliyyət göstərirdilər. Lakin reallıq bundan ibarət idi ki, mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin Azərbaycanla bir olmaq arzusunu həyata keçirməyə imkan vermirdi. Böyük dövlətlərin təsiri ilə qədim Azərbaycan torpaqları olan Zəngəzurun və İrəvanın Ermənistana verilməsindən sonra Naxçıvan Muxtar Respublikasının ərazisi təcrid olunmuş vəziyyətə düşmüş, Azərbaycanın əsas ərazisi ilə əlaqə tamamilə kəsilmişdir. Belə bir vəziyyətdə - 1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını almış və tarixi Azərbaycan torpaqlarını qismən də olsa, qoruyub saxlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrdə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm əhəmiyyət kəsb edib.

Nümayəndəliyin rəhbəri qeyd edib ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətini yaradıb. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacarıb, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülüb. Dahi şəxsiyyət Heydər Əliyevin böyük siyasi təcrübəsi, qətiyyəti və misilsiz xidmətləri nəticəsində Azərbaycan nəinki öz müstəqilliyini qorumuş, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasında varislik əlaqəsini təmin edib. O deyib: “Bu gün Azərbaycan regionda lider dövlətə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan gündən-günə daha da güclənir, beynəlxalq arenada ciddi tərəfdaş kimi qəbul olunur. Artıq Azərbaycan hərtərəfli inkişafı və nüfuzu sayəsində Şərqlə Qərb arasında çoxtərəfli əlaqələrin inkişafına əhəmiyyətli təsir göstərir, dünyada sülhün, tolerantlığın təminatçısı kimi çıxış edir. Bütün bunlar Ümummilli Liderimizin 1969-cu ildən əsasını qoyduğu və 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizə rəhbərliyə gəlişindən sonra davam etdirdiyi siyasi xəttin, müstəqil dövlətçilik ideyalarının bəhrəsidir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür”.
Sonda Bəxtiyar Əsgərov bir daha vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tarixdə ən böyük xidmətlərindən biri də bugünkü müstəqil və qüdrətli Azərbaycan dövlətinin yaradılmasına zəmin hazırlamaqdır. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqillik yolu Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Prezident İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirib. Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya birliyində öz layiqli yerini tutur. “Biz azərbaycanlı olmağımızla, müstəqil dövlətdə yaşamağımızla qürur duyuruq. Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləri olmağımızla fəxr edirik”,- deyə nümayəndəliyin rəhbəri qeyd edib.

Azərtac

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

Daimi nümayəndəliyin rəhbəri Koreya dövlətinin yaranması gününə həsr edilmiş tədbirdə iştirak edib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet

Daimi nümayəndəliyin rəhbəri Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Yasamal Rayon İcra Hakimiyyətinin 28 May - Respublika Günü ilə əlaqədar tədbir təşkil edib.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının