Bizi izləməyi unutmayın

#Ölkə

“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur

25-05-2019, 15:15 | 482 dəfə baxılıb.

Çinin Şandun vilayətinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan ölkələrin iştirakı ilə beynəlxalq investisiya və ticarət sərgisi, paralel olaraq ŞƏT-in regional iqtisadi və ticarət əməkdaşlığı forumu işə başlayıb.

Analoq.Az xəbər verir ki, Çin Beynəlxalq Ticarət Palatasının, Çindao Şəhər Xalq Hökumətinin birgə təşkilatçılığı, ŞƏT katibliyinin dəstəyi ilə keçirilən sərgi-forumun açılış mərasimində çıxış edən vilayətin vitse-qubernatoru Ren Ayrun və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov bu cür tədbirlərin qurumda təmsil olunan ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini bildiriblər. Qeyd olunub ki, liman şəhəri olan Çindao Çinin ŞƏT ölkələri ilə əlaqələrində xüsusi rol oynamağa başlayıb. Ötən il Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşünə uğurlu ev sahibliyindən sonra Çindaoda Çin-ŞƏT azad ticarət zonasının yaradılmasına başlanılıb. Bundan başqa, cari ildən başlayaraq hər il Çindaoda ŞƏT beynəlxalq investisiya və ticarət sərgi-yarmarkasının, Şanxay Əməkdaşlıq Təşkilatının regional iqtisadi və ticarət əməkdaşlığı forumunun keçirilməsi qərara alınıb.

Üç gün davam edəcək sərgi-yarmarkanın ümumi sahəsi 10 min kvadratmetr olan ekspozisiya sahəsində İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə bu ölkədəki ticarət nümayəndəliyimizin təşkil etdiyi iki Azərbaycan pavilyonu fəaliyyət göstərir. Birinci pavilyonda ölkəmizin iqtisadi inkişafına, əlverişli investisiya və biznes mühitinə, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən regional nəqliyyat-tranzit layihələrə, o cümlədən Avropa ilə Çin arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars layihəsi, Bakı Dəniz Ticarət Limanı də daxil olmaqla Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə, Azərbaycandakı sənaye parklarında xarici investorlar üçün yaradılan şəraitə dair əyani vəsaitlər, müxtəlif nəşrlər sərgilənir, videoçarxlar nümayiş olunur.

İkinci pavilyonda isə "Made in Azerbaijan" brendi ilə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar – şərab və digər spirtli içkilər, quru meyvələr, zəfəran, mineral sular, meyvə şirələri, çay, mürəbbələr təqdim edilir. Xüsusi vurğulamaq lazımdır ki, sərgidə Azərbaycan məhsullarını şirkətlərimizin bu ölkədəki nümayəndəlikləri ilə yanaşı, onların Çindəki tərəfdaşları, Azərbaycan məhsullarının idxalçıları, habelə Lucou şəhərindəki "Azərbaycan Ticarət Evi" vasitəsi ilə nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracının genişləndirilməsi məqsədilə yerli sahibkarlarla görüşlər keçirilir. Ziyarətçilərə Azərbaycanın turizm potensialı, ölkəmizdə müasir tələblərə cavab verən turizm mərkəzlərinin fəaliyyətindən haqqında məlumat verilir.

ŞƏT regional iqtisadi və ticarət əməkdaşlığı forumunda çıxış edən Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu "Bir kəmər, bir yol" təşəbbüsünü fəal iştirakçısı olan Azərbaycanın bu strategiyanın həyata keçməsinə özünün iqtisadi potensialı ilə hərtərəfli dəstək verdiyini deyib. Bildirib ki, ötən ay Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı bu dəstəyin ən böyük göstəricisidir.

Azərbaycanın son illər qazandığı iqtisadi nailiyyətləri barədə məlumat verən T.Nadiroğlu deyib ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib. Son 15 ildə iqtisadiyyata 250 milyard ABŞ dolları sərmayə yatırılıb ki, bunun da 100 milyard dolları birbaşa xarici sərmayədir.

Tədbirdə davamlı inkişaf edən Azərbaycan-Çin iqtisadi əməkdaşlığından da söz açılıb. Qeyd olunub ki, hazırda Çində Azərbaycanın bir neçə ticarət və şərab evi fəaliyyət göstərir. Azərbaycan şirkətləri Çində keçirilən sərgilərdə fəal iştirak edir.

Azərtac

Analoq.Az


“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet

Prezident Pekində Beynəlxalq Əməkdaşlıq Forumunda

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Bakı Limanı “TransCaspian 2016” sərgisində

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Siyasət

İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında İranı qınadılar

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının